Türkiyə NATO üçün Rumıniyaya kimi uzanan yanacaq kəmərinin tikilməsini təklif edib
Dünya
84
13:00, Bu gün

Türkiyə NATO üçün Rumıniyaya kimi uzanan yanacaq kəmərinin tikilməsini təklif edib

Rumıniyanın “Știrile ProTV” televiziya kanalı Agerpres agentliyinə istinadla xəbər verir ki, Türkiyə NATO-nun şərq cinahının enerji və logistika təhlükəsizliyini gücləndirmək məqsədilə Rumıniyaya qədər uzanacaq hərbi yanacaq kəmərinin tikintisini təklif edib.

Moderator.az xəbər verir ki, layihə Türkiyədən başlayaraq Bolqarıstan üzərindən Rumıniyaya qədər uzanan yeni yanacaq marşrutunun yaradılmasını nəzərdə tutur. Kəmərin NATO qüvvələrinin regiondakı hərbi bazalarının və logistika mərkəzlərinin yanacaq təminatında mühüm rol oynaya biləcəyi bildirilir.

Qeyd olunur ki, təşəbbüs NATO-nun Avropadakı mövcud Yanacaq Kəmərləri Sisteminin şərq istiqamətində genişləndirilməsi planları çərçivəsində müzakirə edilir. Layihənin dəyərinin təxminən 1,2 milyard dollar olduğu bildirilir.

Ekspertlərin fikrincə, Qara dəniz regionunda təhlükəsizlik risklərinin artması fonunda Rumıniya NATO üçün əsas logistik və strateji mərkəzlərdən birinə çevrilir. Türkiyənin irəli sürdüyü marşrutun həm iqtisadi, həm də hərbi baxımdan daha əlverişli variant hesab olunduğu vurğulanır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər