13:37
16°C
Bakı
Kuba rəhbərliyi ABŞ tərəfindən ehtimal olunan hərbi müdaxilə qorxusu fonunda ölkənin müdafiə qabiliyyətini artırır.
Moderator.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Mənbələrin verdiyi məlumata görə, sakinlər hərbi təlimlərə cəlb olunur və mümkün hücum halında partizan müharibəsinə hazırlıq görürlər. Mülki Müdafiə Agentliyi tərəfindən əhaliyə hərbi təcavüz zamanı necə davranmaq lazım olduğunu izah edən "ailə bələdçisi" paylanılıb.
Bununla belə, kubalılar mövcud vəziyyətə qara yumorla yanaşırlar. Sakinlər üçün "amerikalılar gələndə" ifadəsi ölkə iqtisadiyyatına ciddi zərbə vuran və illərdir davam edən enerji blokadasının başa çatmasının rəmzinə çevrilib.