Uraloğlu: Türkiyə-Azərbaycan əməkdaşlığı sülhə töhfə verən güclü modelə çevrilib
Siyasət
39
23:47, Bu gün

Uraloğlu: Türkiyə-Azərbaycan əməkdaşlığı sülhə töhfə verən güclü modelə çevrilib

Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlıq geniş coğrafi ərazidə sülhə, əmin-amanlığa və sabitliyə töhfə verən güclü modelə çevrilib.

Moderator.az-ın məlumatına görə, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ankara şəhərində yerləşən Milli Konqres Mərkəzində 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə deyib.

Nazir bildirib ki, Azərbaycanla Türkiyəni birləşdirən təkcə siyasi və iqtisadi münasibətlər deyil, ortaq mədəni irsidir ki, bu da iki ölkə arasındakı qardaşlıq əlaqələrini nəsildən-nəslə daşıyan ən güclü xəzinədir.

"Bu gün Türkiyə-Azərbaycan münasibətləri dünyada nadir hallarda rast gəlinən həmrəylik modelinə çevrilib. Keçmişdən güc alaraq daha böyük hədəflərlə və daha güclü addımlarla gələcəyə doğru irəliləməyə davam edəcəyik", - o bildirib.

Nazir nəqliyyat sahəsində Türkiyə ilə Azərbaycanın ortaq iradəsinin və uzaqgörən yanaşmalarının bölgəyə əhəmiyyətli töhfələr verdiyini qeyd edib:

"Hörmətli prezidentlərimizin rəhbərliyi altında irəli sürülən ortaq vizyon sayəsində məqsədlərimizə ən qısa müddətdə çatacağıq. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun reallaşdırılması istiqamətində birgə layihələrin və səylərin gücləndirilməsi Xəzər dənizindən Avropaya qədər uzanan nəqliyyat və inteqrasiya üçün son dərəcə vacibdir".

"Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlıq geniş coğrafi ərazidə sülhə, əmin-amanlığa və sabitliyə töhfə verən güclü modelə çevrilib. Biz beynəlxalq platformalarda çiyin-çiyinə hərəkət edərək bir-birimizin haqlı məqsədlərinə güclü və səmimi dəstək veririk. Bir daha bölgəmizdə böyük qətiyyətlə davam etdirdiyimiz sülh və normallaşma proseslərinin daha geniş coğrafiyamızda sabitliyə və rifaha əhəmiyyətli faydalar verəcəyinə əminliyimizi ifadə edirik", - Uraloğlu qeyd edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər