“Qondarma
Siyasət
247
12:09, Bu gün

“Qondarma "siyasi məhbus" siyahıları bizim üçün xəyanət şəbəkəsinin inventarıdır” – deputat

"XIII Ümumdünya Şəhərsalma Forumuna sayılı günlər qaldığı bir məqamda biz istər COP 29 ərəfəsində, istər ölkəmizin Qoşulmama hərəkatına rəhbərliyi dönəmində müşahidə olunmuş antiAzərbaycan ssenariyə təkrar şahidlik etməkdəyik. Eyni mənfur metodlar, eyni siyasi təlxəklər və eyni “qurbanlar”. Təəccüblənmirik, çünki, nə vaxt ki, Azərbaycan qlobal uğura imza atır, nə vaxt ki, Bakı dünyanın siyasi-humanitar mərkəzinə çevrilir, irqçiliyin mərkəzi olan Fransanın, Azərbaycanofobiyanın poliqonu olan Avropa Parlamenti və AŞPA-nın timsalında eyni "qara mərkəzlər"  hərəkətə keçir"
 
Moderator.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bugünkü plenar iclasında millət vəkili Bəhruz Məhərrəmov qeyd edib.
 
Deputat əlavə edib ki, indi də eyni qaydada, "siyasi məhbus” və “hərbi əsir” şousu yenidən vizyona qoyulub:
 
"Bilirsiz,,, bu, sadəcə hüquqi nihilizm deyil, bu, Azərbaycanın suverenliyinə, artan nüfuzuna qarşı qarşı siyasi müharibə və birbaşa diversiyadır!  
 
Məqsədi insanların rifahı olan bir qlobal tədbiri, dinc şəhərləri bombalayan, uzun müddətli urbisid törədən, tarixi abidələrə qarşı XXI əsrin ən böyük vandalizmini həyata keçirən terrorçular üçün müdafiə platformasına çevirmək cəhdləri hansı hüquqi-siyasi əxlaqa sığır?  
 
Yaxud terrora çağırış edən, milli maraqlar əleyhinə xarici kəşfiyyatla əməkdaşlıq edən, qanunsuz yollarla ölkəyə vəsait sızdırıb sabitliyi pozmaq istəyən bir ünsür necə siyasi məhbus adlandırıla bilər?  Azərbaycan hüquqi dövlətdir və hər kəsin cinayət təqibi zamanı prosessual hüquqlarına tam təminat verilib, yaxşı başqa hansı hüquq arzu edirsən? Hansısa ünsürün AXCP üzvü olması, yaxud jurnalist vəsiqəsi daşıması onu sıradan bir azərbaycanlıdan daha üstünmü edir???! Əsla! Cinayət törədən şəxs bu ölkədə "siyasi fəal" libasına bürünüb məsuliyyətdən qaçacağını düşünürsə, yanılır".
 
Bəhruz Məhərrəmov vurğulayıb ki, bizim üçün o qondarma “hərbi əsir” yaxud “siyasi məhbus” siyahıları hüquqi sənəd deyil, sadəcə xəyanət şəbəkəsinin "inventar" siyahısıdır!
 
"Hər kəs əmin olsun ki, Azərbaycanda cinayətkarları qəhrəmanlaşdırmaqla hüquqi məsələlərin siyasiləşdirilməsinə imkan veilməyəcək və heç bir beynəlxalq "cəhd" Azərbaycanda qanunun və milli iradənin  qarşısında dayana bilməz!
 
Bu mənada BMT-nin ikinci ən böyük qlobal platforması olan Ümumdünya Şəhərsalma Forumunun ucuz niyyətlərə alət edilməsinə imkan verilməyəcək, əksinə XIII forum ən məhsuldar tədbir kimi yadda qalacaq.
 
Cənab İlham Əliyevin yalnız yaxın 3 günlük iş qrafikinə baxsaq, Zəngilan və Şükürbəylidə sakinlərə açarların təqim olunmasından, dünyanın 40dan çox ölkəsindən daha böyük bir coğrafiyada – Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq və bərpanın gedişinə qədər titanik fəaliyyətini təhlil etsək, bir daha əminliklə deyə bilərik ki,  bizim 178 ölkədən 30 000-dən çox insanın qarşısında danışacaq sözümüz, qlobal töhfəyə çevrilə biləcək daha önəmli mövzularımız var".
 
Pərvin Şakirqızı
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər