XİN: Azərbaycan xalqı faşizm üzərində qələbəyə mühüm töhfə verib
Siyasət
157
09:10, Bu gün

XİN: Azərbaycan xalqı faşizm üzərində qələbəyə mühüm töhfə verib

Xarici İşlər Nazirliyi faşizm üzərində Qələbənin ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Moderator.az xəbər verir ki, bu barədə XİN-in "X"dəki hesabında paylaşım olunub.

"Faşizm üzərində Qələbənin 81-ci ildönümü münasibətilə xalqımızı təbrik edirik.

Azərbaycan xalqı İkinci Dünya Müharibəsi zamanı böyük fədakarlıq nümayiş etdirib, həm ön cəbhədə, həm də arxa cəbhədə faşizm üzərində qələbəyə mühüm töhfə verib.

Müharibə zamanı həlak olan həmvətənlərimizin əziz xatirəsini yad edir, veteranlarımıza möhkəm cansağlığı və uzun ömür arzulayırıq", - paylaşımda qeyd olunub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər