ABŞ ordusu katerə zərbələr endirdi - Ölənlər var - VİDEO
Dünya
145
09:30, Bu gün

ABŞ ordusu katerə zərbələr endirdi - Ölənlər var - VİDEO

ABŞ ordusu Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçılığı üçün istifadə olunduğu ehtimal edilən daha bir katerə zərbələr endirib.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) məlumat yayıb.

"Kəşfiyyat məlumatlarına görə, katerin Sakit okeanın şərq hissəsində məlum narkotik qaçaqmalçılığı marşrutları boyunca hərəkət etdiyi müəyyənləşib", - deyə komandanlıqdan bildirilib.

Əməliyyat zamanı iki nəfər ölüb, daha bir nəfər sağ qalıb. Komandanlıq ABŞ-nin Sahil Mühafizəsinə axtarış-xilasetmə sistemini işə salmaq üçün məlumat verib.

ABŞ hərbçilərindən zərər çəkən olmayıb.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər