Ceyhun Bayramov Koreya rəsmisini bölgədəki sülh prosesi barədə məlumatlandırıb
Siyasət
131
17:50, Bu gün

Ceyhun Bayramov Koreya rəsmisini bölgədəki sülh prosesi barədə məlumatlandırıb

30 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Koreya Respublikasının Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) hakimi vəzifəsinə namizədi Cin-Hyon Paiki qəbul edib.

XİN-dən Moderator.az-a verilən xəbərə görə, görüş zamanı beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətlər, o cümlədən qarşıdan gələn BƏM hakimi seçkiləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Cin-Hyon Paik öz peşəkar fəaliyyəti, beynəlxalq hüquq sahəsində təcrübəsi və BƏM-də prioritet kimi irəli sürməyi planlaşdırdığı istiqamətlər barədə ətraflı məlumat verib.

Nazir Ceyhun Bayramov Azərbaycanın beynəlxalq hüququn aliliyinə, çoxtərəfli əməkdaşlığa və beynəlxalq məhkəmə institutlarının rolunun gücləndirilməsinə verdiyi önəmi vurğulayıb. Bu kontekstdə, Azərbaycan tərəfindən BƏM hakimi seçkilərinə hərtərəfli yanaşıldığı və namizədlərin peşəkar keyfiyyətlərinin diqqətlə nəzərdən keçirildiyi bildirilib.

Görüş zamanı regional təhlükəsizlik məsələləri, o cümlədən Cənubi Qafqaz bölgəsində mövcud vəziyyət barədə fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov post-münaqişə dövründə bölgədə davamlı sülh və sabitliyin təmin olunması istiqamətində Azərbaycanın həyata keçirdiyi tədbirlər barədə qarşı tərəfi məlumatlandırıb.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər