Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycana işgüzar səfər edib. Onu azərbaycanlı həmkarı İlham Əliyev Qəbələdə qarşılayıb.
Moderator.az xəbər verir ki, mövzu ilə əlaqədar "Haber Global" xüsusi videosüjet hazırlayıb.
Videomaterialda bildirilib ki, aprelin 25-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək və geniş tərkibdə görüşü olub.
Ukrayna Prezidenti Volodimir Zelenski rəsmi Moskvanın razılığı olarsa, Rusiya ilə danışıqların növbəti mərhələsini Azərbaycanda keçirməyə hazır olduğunu qeyd edib və Ukraynadan olan uşaqlara göstərilən köməyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Tərəflər arasında əsasən enerji və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Ukraynada davam edən müharibə də gündəmdə olub.
Görüşdən sonra liderlər birgə mətbuat konfransı keçiriblər.
Daha ətraflı videosüjetdə: