00:55
9°C
Bakı
“Mançester Siti” İngiltərə FA Kubokunun finalına yüksəlib.
Moderator.az xəbər verir ki, Pep Qvardiolanın komandası turnirin yarımfinalında “Sautqempton”u 2:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb. Finalda rəqib “Çelsi” və ya “Lids” olacaq.
“Şəhərlilər” bu turnirin finalına ardıcıl dördüncü dəfə çıxıblar. Onlar 2023-cü ildə kuboku qazanıb, 2024-cü ildə “Mançester Yunayted”ə, 2025-ci ildə isə “Kristal Pelas”a məğlub olublar.
Klub tarixində “Siti” bu titulu 7 dəfə qazanıb.