Rəsmi İrəvan: Ermənistan və Azərbaycan kommunikasiyaların açılması istiqamətində səylərini artırmalıdır
Siyasət
274
19:30, Bu gün

Rəsmi İrəvan: Ermənistan və Azərbaycan kommunikasiyaların açılması istiqamətində səylərini artırmalıdır

Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan Cənubi Qafqazın mövcud vəziyyəti və regional əməkdaşlıq perspektivləri barədə danışıb.

 Moderator.az xəbər verir ki, o, V Antalya Diplomatiya Forumu çərçivəsində “Cənubi Qafqaz: Strateji mərkəzə çevrilmə yolunda” adlı panel sessiyasında bildirib ki, hazırda region qlobal qeyri-sabitlik fonunda nisbətən sabit bölgələrdən biri kimi qiymətləndirilir.

“Hazırda Cənubi Qafqaz dünyanın ən sabit regionlarından biridir, xüsusən də hər yerdə logistika və təchizat zəncirlərinin pozulduğu, müharibələrin getdiyi bir vaxtda. Lakin təchizat zəncirlərinin pozulması əbədi davam etməyəcək. Biz sahib olduğumuz rəqabət üstünlüklərini reallaşdırmaq üçün kifayət qədər ağıllı və çevik olmalıyıq”, – o qeyd edib.

Vahan Kostanyan vurğulayıb ki, Ermənistan və Azərbaycan kommunikasiyaların açılması istiqamətində səylərini artırmalıdır.

Onun sözlərinə görə, bu proses sülh gündəliyinin tərkib hissəsi kimi mühüm siyasi iradə və qərarlar tələb edir: “Siyasi iradə, siyasi qərarlar tələb edən sülhün əldə olunması məsələsində olduğu kimi, indi də biz regionda kommunikasiyaların açılması, ölkələrimiz arasında əlavə qarşılıqlı əlaqələrin yaradılması, eləcə də Avropa, Mərkəzi Asiya və Uzaq Şərq arasında körpü və maneəsiz bağlantı olmaq üçün yeni, çox vacib siyasi qərarlarla irəliləməliyik”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər