Siyasət
270
16:07, Bu gün

"Haber Global"da İlham Əliyevin Antalya Diplomatiya Forumundakı görüşləri barədə süjet yayımlandı - VİDEO

"150-dən çox ölkədən iştirakçıların qatıldığı Antalya Diplomatiya Forumu başlayıb. Çoxsaylı dövlət və hökumət başçılarının qatıldığı sammitdə qlobal və regional inkişaf məsələləri müzakirə olunur".

Moderator.az xəbər verir ki, bu barədə "Haber Global" telekanalında forumla bağlı hazırlanan geniş reportajda bildirilib.

 

 

Qeyd olunub ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın forumda ikitərəfli görüşlər keçirməsi və açılış nitqi söyləməsi gözlənilir.

"Foruma qatılan liderlər arasında ilk olaraq Antalyaya Azərbaycan Prezidenti İlham Əliyev gəlib. İlham Əliyevin bu gün Ərdoğanla görüşü gözlənilir. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də forumda iştirak edir.

İlham Əliyev forum çərçivəsində Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əş-Şaraa və Şimali Kipr Türk Respublikasının lideri Tufan Erhürmanla da görüşüb. Görüşdə İlham Əliyev Şimali Kipr liderini prezident seçilməsi münasibətilə təbrik edib. Azərbaycanın Şimali Kipr Türk Respublikasına dəstəyinin bir daha təkrarladığı görüşdə Türk Dövlətləri Təşkilatına müşahidəçi üzvlük prosesi də müzakirə olunub. Forumda panellər və çıxışlar keçirilərkən liderlər arasında ikitərəfli görüşlər də davam edir", - deyə telekanalın reportajında bildirilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər