Bakıda və Qarabağda “Turan ellər var olsun”, növrağı...
Oxunub: 1637
12 Mar 2024 | 16:50
Bakıda və Qarabağda “Turan ellər var olsun”, növrağı...
Və ya daha böyük hədəflərə doğru BİR MİLLƏT olaraq!!!
 
Dost-qardaş gəlişi hər zaman bayram olar. Bu mənada bayram bayrama qarışıb, deyə bilərik. Ramazanın ilk günündə, Novruza sayılı günlər qalmış Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycanda dövlət səfərində olması da tarixi hadisədir və özəllikləri var.
 
Müstəqil Azərbaycan və Qazaxıstan arasında diplomatik əlaqələrin tarixi 1992-ci ildən başlasa da, iki qardaş xalq arasında münasibətlər qədim tarixə malikdir. Oğuz və qıpçaq türkləri olaraq eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malik olan qardaş xalqları bir-birindən ayrı təsəvvür etmək mümkün deyil. Sovetlərin repressiya maşınının “at oynatdığı” dönəmlərdə minlərlə azərbaycanlının məhz Qazaxıstana sürgün edilməsinin də bəlkə mistik tərəfi var idi... O soyun daşıyıcıların bir çoxu qazax elində əzablara dözdü, yaşadı, artdı, bu gün Qazaxıstanda yaşayan azərbaycanlıların sayı 300 mindən artıqdır. 90-cı illərin Qanlı Yanvar qırğınından sonra Moskvada, SSRİ Ali Sovetinin sessiyasında Azərbaycanın haqq səsinin carçısına çevrilmiş böyük qazax mütəfəkkiri Oljas Süleymanovun varlığı ilə qürur duymuşuq hər zaman. Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin vaxtilə Qarabağ məsələsinin dinc həllinə səy göstərməsini də unutmamışıq. 1991-ci ilin 20 noyabrında, sülh təşəbbüsü ilə çıxış edən heyətin Qarabağa uçuşu zamanı terrora məruz qalaraq həlak olanlardan biri, Qazaxıstanın daxili işlər nazirinin müavini Saylau Serikovun xatirəsi də bizə əzizdir. Beləcə, Qazaxıstanla Azərbaycan birgə yol gedir, BMT, İslam Əməkdaşlıq Təşkilatı, MDB və Türk Dövlətlər Təşkilatında...

25d37bd5-b8de-376c-a5a7-f1e15156.jpg (301 KB)

Bu müqəddəs yolçuluq bizi Qarabağda da görüşdürdü, şükürlər olsun! Rəsmi xəbərləri oxuduqca qürurlanırıq:

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev martın 12-də Füzuli rayonuna gəlib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb. Azərbaycan Prezidenti bundan əvvəl Türk - Turan dünyasının digər liderləri ilə də görüşmüşdü: Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan azad Qarabağa səfər edən ilk xarici ölkə lideri oldu, özü də dəfələrlə. 2023-cü ilin 23 avqustunda isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Füzuli rayonuna, daha sonra Şuşaya səfər etdi.

Bu dəfə Qazax lider Qarabağda! Qardaş Azərbaycanın xoş günündə iştirak, sevincinə şərik olmaq üçün gəlib. “Biz Azərbaycanın tarixi qələbəsinə və ölkənin bütün ərazisində suverenliyini bərpa etməsinə ürəkdən sevinirik”, deyən qazax lider bir çox mərkəzlərə mesajını vermiş oldu, düşmənin bağrı çatlasın, dostlar sevinsin! Azərbaycan və Qazaxıstan liderləri Füzuli şəhərinin Baş planı ilə tanış olublar. Həmçinin Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər.

29999f90-3bf4-3751-8af6-94c35ae3.jpg (848 KB)

Prezident İlham Əliyev bir gün öncə Qazaxıstan Prezidentinə Qarabağın bərpasında göstərilən qardaş köməyinə, məhz qazax xalqının Azərbaycan xalqına hədiyyəsi və Prezident Tokayevin təşəbbüsü olan Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinə görə təşəkkürünü bildirmişdi. Həmçinin “Azərbaycanın suverenliyinin bərpası məsələsində həmrəylik sözlərinə görə minnətdarıq. Əlbəttə, zənnimcə, Azərbaycanda hamı bilir ki, Qazaxıstan bizim etibarlı dostumuz və müttəfiqimizdir” - demişdi.

Yeri gəlmişkən, Qarabağın yenidən bərpası prosesini təkbaşına həyata keçirən Azərbaycan dövləti ilk böyük hədiyyəni özbək qardaşlarımızdan qəbul edib. Özbəkistan Prezidentinin göstərişi ilə Füzuli rayonunda tikilərək istifadəyə verilən 960 yerlik tam orta məktəb özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyır. Bu mənada Türk dövlətlərinin həm də rəmzi məna kəsb edən bu nəcib addımları qazax xalqının timsalında davam edir. İşğaldan azad olunmuş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası bilavasitə Qazaxıstanın Prezidenti Kasım-JomartKemeleviçin təşəbbüsüdür. Dövlət başçımız da qeyd etdi ki, 12 mart tarixində keçmiş məcburi köçkün uşaqların təhsil alacağı, həmçinin dostluğumuzun və qardaşlığımızın mərkəzi olacaq mərkəzin açılış mərasimi təşkil olunacaq. 

“Bu, Qazaxıstanın Azərbaycana qardaş köməyidir, bu, Qazaxıstanın Azərbaycana hədiyyəsidir və azad edilmiş ərazilərin bərpasına dəstəyidir”, - deyə Prezident xüsusi vurğulayıb.

WhatsApp Image 2024-03-12 at 16.51.42.jpeg (79 KB)

Prezident İlham Əliyev məhz yüksək səviyyəli münasibətlərə istinad edərək Qazaxıstanın Azərbaycan üçün  qardaş ölkə və strateji tərəfdaş olduğunu bəyan etdi. Qeyd etdiyi kimi, münasibətlərin dinamikası qarşılıqlı səfərlərin xronologiyasından aydın görünür. Təkcə son il yarım ərzində Prezident İlham Əliyev Qazaxıstana dörd dəfə səfər edib, bu dövr ərzində Qazaxıstan Prezidenti ölkəmizə 3 dəfə təşrif buyurub.

Azərbaycanın dövlət başçısı ərazi bütövlüyünü və suverenliyini bərpa etməkdə Azərbaycana göstərdiyi daimi dəstəyə görə Qazaxıstana minnətdarlığını məmnunluqla ifadə etdi. Qardaş ölkənin hər zaman Azərbaycanın dövlət və milli maraqlarını nəzərə almasını müşahidə etmişik.

Təkcə bir xatırlatma kifayətdir: 2016-cı ilin Aprel döyüşlərindən sonra Ermənistan çox çalışdı, KTMT-ni Azərbaycana qarşı səfərbər eləsin, o zaman Qazaxıstan başda olmaqla, dost ölkələr bu təşəbbüsün üstündən xətt çəkdilər, Ermənistan mağmın vəziyyətə düşdü, təmsil olduğu təşkilat üzvləri onu yox, Azərbaycanı müdafiə etdilər. Yeri gəlmişkən, Ermənistanın KTMT-dən qopması prosesinin əsası məhz həmin dövrdən başladı...

Artıq bütün bunlar geridə qalıb. Azərbaycan dəfələrlə bəyan edib ki, biz yeni müharibə istəmirik! Dövlət başçımız qazax həmkarı ilə görüşdən sonra da qeyd etdi ki, Azərbaycan danışıqlar məsələsində maraqlıdır və məhz ölkəmiz sülh sazişinə dair danışıqlar prosesinin əvvəlindən təşəbbüskar olub.

Qazaxıstanın Prezidenti Kasım-JomartKemeleviçlə görüşdə Türk Dövlətləri Təşkilatı ilə bağlı önəmli açıqlamalar ümumi prioritetləri bir daha xatırlatdı. Prezident İlham Əliyev bu ilin 14 fevralındakı andiçmə mərasimində təsadüfən “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir” - deməmişdi. Eyni zamanda Azərbaycanın yürütdüyü siyasətin əsas hədəflərini bir daha elan etmişdi.

76481366-086a-3e1b-b375-3b350a35.jpg (83 KB)

Sitat: “Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.

Budur, həmin doğma ailənin əziz üzvlərindən biri bu gün azad Qarabağda, azərbaycanlı qardaşı ilə yanaşıdır, bölgənin rifahı üçün dəstəyini, xeyir-duasını əsirgəmir. Prezident bildirdi ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti gələcəkdə də möhkəmləndirmək qarşımızda duran əsas vəzifələrdəndir. Qeyd etdi ki, bu təşkilat yaxın, dost, doğma ölkələri birləşdirir, həmçinin böyük potensiala, ən başlıcası inkişaf potensialına malikdir.

Azərbaycan və Qazaxıstan arasında iqtisadi-ticarət əlaqələri də olduqca mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, Prezidentin bəyan etdiyi kimi, TransXəzər nəqliyyat dəhlizinin artıq reallığa çevrilməsi, onun özlüyündə böyük dərəcədə regional əməkdaşlığın səviyyəsini müəyyən etməsinin rəmzlərindən biridir, çünki qonşularla yaxşı münasibət olmadan tranzit ölkə olmaq mümkün deyil. TransXəzər nəqliyyat dəhlizi fövqəladə əhəmiyyətə malikdir. Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı müzakirələrin gərgin vədəsində belə, Qazaxıstan və Azərbaycan arasında ciddi problemlər müşahidə olunmadı, qardaşlıq öz sözünü dedi. Yüksək səviyyədə vurğulandığı kimi, Xəzər dənizi təkcə ölkələrimiz arasında yox, həm də bir çox ölkələr arasında körpüdür, çünki TransXəzər nəqliyyat dəhlizi bu gün öz potensialını tam şəkildə açır. Qazaxıstanın Aktau limanı vasitəsilə yükdaşımalar da uğurla reallaşdırılır. Prezident də qeyd etdi, TransXəzər nəqliyyat marşrutu möhkəm bazaya malikdir.

Çünki həm Qazaxıstanda, həm də Azərbaycanda əvvəlki illərdə bu sahəyə böyük investisiyalar yatırılıb. Prezident məmnunluqla qeyd etdi:

WhatsApp Image 2024-03-12 at 16.51.44 (1).jpeg (102 KB)

“Zəngin təbii ehtiyatlara malik olmağımızabaxmayaraq, biz nəqliyyat infrastrukturumuzun bu gün beynəlxalq standartlara tam uyğun gəlməsinə çalışdıq və buna nail olduq. Həm Qazaxıstanda, həm də Azərbaycanda dəmir yolları, aeroportlar, avtomobil yolları, dəniz limanları daxil olmaqla, irimiqyaslı nəqliyyat layihələri həyata keçirildi”.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də Azərbaycanla ticari-iqtisadi əlaqələrin inkişaf dinamikasını müsbət qiymətləndirib. Bildirib ki, 2020-ci ildən Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi 5 dəfə artıb.

“Əlbəttə, bununla bağlıq rəqəmlər o qədər də təsirli görünməyə bilər. Burada görüləcək işlər var, lakin dinamikanın özü müsbət qiymətləndirilməyə bilməz. Ölkələrimizin mühüm iqtisadi potensialı var. Hesab edirəm ki, növbəti uğurlar çox da uzaqda deyil”-qazax lider bildirib. Onu da bildirib ki, əməkdaşlığın spektrı çox genişdir: “Biz bu gün neft və təbii qaz sahəsi daxil olmaqla, nəqliyyat və logistikadan başlayaraq, rəqəmsallaşma məsələlərinə qədər bu barədə danışdıq. Mən məmnunam ki, biz beynəlxalq arenada uğurla işləyirik. BMT və digər beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərimiz uğurla qarşılıqlı fəaliyyət göstərir. Düşünürəm ki, bu xətt davam etdiriləcək”.

55faabe5-38e9-3916-a55c-9d449b59.jpg (227 KB)

Azərbaycan-Qazaxıstan əməkdaşlığında ticarət-iqtisadi əlaqələr xüsusi yer tutur. Ölkəmizdə Qazaxıstan investisiyalı 182 kommersiya qurumu (sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, xidmət) qeydiyyatdadır. Qazaxıstandan Azərbaycana 102,2 milyon dollar, Azərbaycandan Qazaxıstana isə 205,2 milyon dollar investisiya qoyulub. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 598,47 milyon dollar təşkil edib. Amma ölkələrimizin daha böyük potensialı var.
 
Heç şübhəsiz, dayanmaq, durmaq, kifayətlənmək yox! Məhz bu səbəbdən çoxsaylı sənədlər imzalandı... Əlaqələr davam etdirilməli, daha böyük hədəflərə çatılması üçün gərəkənlər edilməlidir. Həm də türkofobiya, isloamofobiya mərəzinə mübtəla olanlara qarşı bütün platformalarda “qazax, qırğız, türkmən, azər...”, ümumilikdə bir soyun, bir boyun təmsilçiləri olaraq BİR MİLLƏT kimi var olmalıyıq! O halda Turanı yenə, bölüb-parçalaya bilməyəcək türk düşmənləri! Tarixən başımıza nələr gəldisə, bölünməyimizdən, təklənməyimizdən oldu...
 
Beləliklə, Bakıda və Qarabağda “Turan ellər var olsun”, növrağı qurulub bu günlərdə. 21-ci əsr Türk Əsri olacaq, şübhəmiz yoxdur! Zəngəzur dəhlizinin işə düşməsi, Turan qapısının açılması Qazaxıstan və Azərbaycan arasında əlaqələrin daha yüksəklərə qaldırılması, həmçinin Mərkəzi Asiyanın, Türk ellərinin Türkiyə ilə quru əlaqəsinin birləşdirilməsi baxımından tarixi əhəmiyyətə malik olacaq. Heç şübhəsiz, Zəngəzur dəhlizinin açılış mərasimində Turan dövlətlərinin liderləri də hamılıqla iştirak edəcəklər, “əsrə bərabər gün”də bir araya gələcəklər!  
 
Elşad PAŞASOY, Musavat.com
Oxşar xəbərlər
00:18, Bu gün
Mikayıl Cabbarov Mariya Stadniki təbrik etdi - FOTO
00:17, Bu gün
"Çin Rusiyaya Ukrayna ilə bağlı təsir göstərməkdə maraqlı deyil" - Borrel
00:16, Bu gün
Şuşa sakini: “Qayıdacağımız xəbərini eşidəndə ağladım” - VİDEO
11 May 2024 | 23:56
Goranboyda minik və yük avtomobilləri toqquşub, ölən var
11 May 2024 | 23:33
Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11 May 2024 | 23:11
Modriç gələcəyi ilə bağlı qərar verdi
11 May 2024 | 23:09
COP29-un Danışıq Qrupu ada ölkələrindən olan yüksək səviyyəli nümayəndə heyətləri ilə görüşüb
11 May 2024 | 23:03
Bakıda gənc oğlan marketin qarşısında bıçaqlanıb
11 May 2024 | 22:39
“Fənərbağça” ilə görüşə yollanan komandanın təyyarəsini ildırım vurdu
11 May 2024 | 22:14
Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı
11 May 2024 | 22:05
"ABŞ İsraili beynəlxalq humanitar hüququ pozmaqda ittiham edir, amma silah göndərməyi də unutmur" - KİV-lər
11 May 2024 | 21:53
İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb
11 May 2024 | 21:36
Ukrayna Rusiyanın Su-25 qırıcısını vurub
11 May 2024 | 21:34
Rusiyada beşmərtəbəli bina uçdu - VİDEO
11 May 2024 | 21:12
Politoloq Paşinyanın hansı halda istefa verəcəyini açıqladı
11 May 2024 | 20:52
Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
11 May 2024 | 20:14
Rusiyalı politoloq: Ermənistan və Rusiya münasibətlərindəki böhran aradan qaldırılmayıb
11 May 2024 | 20:11
İrəvana səfəri su yoluna döndərən USAİD yenidən fəallaşıb: Paşinyana tapşırıqlar verildi - FOTO
11 May 2024 | 20:04
Zığ şosesində iki zolaqda sürət həddi endirilib
11 May 2024 | 20:03
Azərbaycan parataekvondoçusu Avropa çempionu olub
11 May 2024 | 20:01
Rüşvət almaqda ittiham olunan sabiq məmurlar Ali Məhkəməyə üz tutdular
11 May 2024 | 19:57
Donetskin atəşə tutulması nəticəsində 9 nəfər ölüb
11 May 2024 | 19:42
Lənkəranda baş verən zəlzələnin GÖRÜNTÜLƏRİ - VİDEO
11 May 2024 | 19:38
Baroness Patrisia Skotland Azərbaycanı ziyarət edib - FOTO
11 May 2024 | 19:36
Çörəyin içindən siçan qalıqları tapıldı - İyrənc hadisə
11 May 2024 | 19:34
28 yaşlı model xərçəngdən öldü
11 May 2024 | 19:26
Rusiyada yeni hökumətin strukturu məlum olub
11 May 2024 | 19:25
Ukrayna Silahlı Qüvvələri Donetski raketlə vurdu - VİDEO
11 May 2024 | 19:24
Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb - RƏSMİ + YENİLƏNİB/VİDEO
11 May 2024 | 19:22
Kəhrizlər diyarı Cəbrayıl: Horovlu kəndindən REPORTAJ - FOTO/VİDEO
11 May 2024 | 19:18
86 nömrəli tam orta məktəbdə Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir keçirildi
11 May 2024 | 19:05
Vanda dörd ay qarın altında qalan mikroavtobusun çıxarılmasının görüntüləri - VİDEO
11 May 2024 | 19:02
Mövlam Şixəliyev özünü və əmlaklarını xilas edə bilmədi
11 May 2024 | 19:00
İranda polislər tərəfindən döyülən tanınmış yazıçı qadın insult keçirdi - FOTO
11 May 2024 | 18:55
Maraqlı bir məxluq qayığa tullanaraq qayıq sürücüsünü təəcübləndirib - VİDEO
11 May 2024 | 18:54
Rusiyanın Xarkov vilayətinə hücumu: işğalçıların strateji məqsədi nədir? - ISW
11 May 2024 | 18:48
“Biz sizi bəyənirik və dəstəkləyirik, əziz Paşinyan. Möhkəm olun!..”-FOTOLAR
11 May 2024 | 18:34
Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib
11 May 2024 | 18:03
Baş direktor Lənkərandakı güclü zəlzələ barədə: “Afterşoklar ola bilər”
11 May 2024 | 17:34
Prezidentin “Şuşa siyasəti” və ya bir şəhərin 4 əsrdə azalmayan strateji əhəmiyyəti...
11 May 2024 | 17:24
Aşıq Zülfiyyənin nəvəsinin toyundan GÖRÜNTÜLƏR - VİDEO
11 May 2024 | 17:23
İlham Əliyev: "Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq"
11 May 2024 | 17:21
Ermənistan polisi daha bir keşişi saxlayıb
11 May 2024 | 17:20
Yurdlarına qovuşan şuşalılar Cıdır düzündə yallı getdi - VİDEO
11 May 2024 | 17:18
Azərbaycanlı məşhur axtarışa verildi
11 May 2024 | 17:12
Rusiyanın Baş nazirinin 10 müavini olacaq
11 May 2024 | 17:10
Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanır?
11 May 2024 | 17:09
Vəzifəsindən azad edilən general kimdir? - DOSYE
11 May 2024 | 16:53
“Azərbaycan gəncliyi “Dəmir yumruğ”un əsas özəyi, dövlətimizin zərbə qüvvəsidir”
11 May 2024 | 16:47
“Başqa yollarla irəli gedib heç kimin torbasını tikməmişəm, kişi kimi işləmişəm”-FOTO+ÖZƏL
11 May 2024 | 16:46
“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb
11 May 2024 | 16:40
Güclü külək əsəcək, çaylardan sel keçəcək
11 May 2024 | 16:33
İlham Əliyevin “Xarıbülbül” Festivalının açılışındakı çıxışının tam mətni - YENİLƏNİB + FOTO/VİDEO
11 May 2024 | 16:19
Ukrayna Kursk və Belqorodu hədəfə alıb, ölənlər var
11 May 2024 | 16:18
“Qaziyəm” deyib şəhəri bir-birinə qatdı, saxlanıldı - VİDEO
11 May 2024 | 16:11
Azərbaycan cüdoçuları tarixdə ilk dəfə kata üzrə yarışda medal qazanıblar
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 16:03
Bakıda mənzildə meyit tapılıb
11 May 2024 | 15:52
ICESCO: “Heydər Əliyev Fondu qısa vaxt ərzində əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir”
11 May 2024 | 15:26
Rusiya qoşunları daha altı yaşayış məntəqəsini nəzarətə götürdü
11 May 2024 | 15:24
Azərbaycan Prezidenti ICESCO-ya təşəkkür etdi
11 May 2024 | 14:38
Daşkəsən rayon təhsil sektoruna yeni rəhbər təyin olunub
11 May 2024 | 14:28
Yaponiya iki milyard dollarlıq COVID-19 preparatlarını məhv edəcək
11 May 2024 | 14:27
Azərbaycan və Ermənistan XİN başçıları danışıqları davam etdirməyə razılaşıblar - YENİLƏNİB
11 May 2024 | 14:18
Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - FOTO
11 May 2024 | 13:49
Azərbaycanda vəfat edən tələbə bir gün əvvəl əməliyyat olunubmuş - AÇIQLAMA + YENİLƏNİB
11 May 2024 | 13:41
Qəbələdə ağır yol-nəqliyyat hadisəsi baş verib - VİDEO
11 May 2024 | 13:38
Naxçıvanda voleybolçu qızlar arasında “Heydər Əliyev kuboku” uğrunda turnir keçirilib
11 May 2024 | 13:36
Bakıda kişi gecə saatlarında özünü asdı
11 May 2024 | 13:25
Bayden dostu ilə düşmənini qarışdırdı
11 May 2024 | 13:12
İbrahim Tatlıses Bakıdadır
11 May 2024 | 12:12
Azərbaycanda enerjidoldurma məntəqələrində onlayn ödənişlər üçün proqram təminatı yaradılacaq
11 May 2024 | 12:11
Prezident və birinci xanım Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında iştirak edirlər
11 May 2024 | 12:03
"Bu revanşist hərəkat yalnız Paşinyana qarşı deyil, həm də Azərbaycana qarşıdır...”
11 May 2024 | 11:59
Ermənistanın keçmiş deputatı Rusiyada saxlanılıb
11 May 2024 | 11:57
İrəvanda və Ermənistanın bir sıra regionlarında itaətsizlik aksiyaları yenidən başlayıb
11 May 2024 | 11:57
"Borussiya"nın futbolçusu "İnter Mayami"yə keçə bilər
11 May 2024 | 11:55
Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO
11 May 2024 | 11:55
Ermənistan polisi Eçmiədzində Paşinyanı silah-sursatla “qarşılamaq istəyən” altı nəfəri saxlayıb
11 May 2024 | 11:53
İlham Əliyev Şuşada ICESCO-nun baş direktorunu qəbul edib - FOTO
11 May 2024 | 11:18
“Hizbullah” Kiryat Şmona şəhərinə kütləvi raket zərbələri endirdi - FOTO/VİDEO
11 May 2024 | 11:15
Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - FOTO
11 May 2024 | 11:10
“Müşahidələrimizə görə Azərbaycanda 8 bəbir var”-Kameralara düşən MARAQLI-FOTO+ÖZƏL
11 May 2024 | 11:00
2005-dən sonra görünməmiş təhlükə: Mobil telefonlar və enerji sistemləri zədələnə bilər
11 May 2024 | 10:59
Yasamalda oğurladıqları avtomobili satmaq istəyən şəxslər saxlanılıblar
11 May 2024 | 10:57
Universitetlərə qəbul imtahanlarının nəticələrində ciddi dəyişiklik olacaq- AÇIQLAMA
11 May 2024 | 10:56
Bu 7 bitki evinizə bədbəxtlik gətirər! Hətta ölümə belə səbəb ola bilər...
11 May 2024 | 10:55
Daha bir şirkət cərimələnir
11 May 2024 | 10:52
14 aprel imtahanında ən yüksək bal toplayan ölkə birincisi (FOTO)
11 May 2024 | 10:52
Əli Əsədov Rusiyanın Baş nazirini təbrik edib
11 May 2024 | 10:44
Paşinyanı devirmək üçün ŞOK PLAN... - VİDEO 
11 May 2024 | 10:43
“Putin İsrail-Qəzza savaşından əlavə impuls alır...”
11 May 2024 | 10:20
Ölüm xəbəri yayılan Murad Muradov həyata qayıtdı - FOTOlar
11 May 2024 | 10:16
Azərbaycanda saatlıq maaşa keçid nəyi dəyişəcək? - AÇIQLAMA
11 May 2024 | 10:13
Azad olunan bölgələrdə aşkarlanan silah-sursatların sayı açıqlanıb
11 May 2024 | 10:09
Bu bitkilər stressi azaldır
11 May 2024 | 09:58
Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür! – Həkim XƏBƏRDARLIQ etdi
11 May 2024 | 09:45
Niderlanddan olan müğənni “Avroviziya”dan uzaqlaşdırılıb
GÜNLÜK
11 May 2024 | 11:10
“Müşahidələrimizə görə Azərbaycanda 8 bəbir var”-Kameralara düşən MARAQLI-FOTO+ÖZƏL
11 May 2024 | 12:03
"Bu revanşist hərəkat yalnız Paşinyana qarşı deyil, həm də Azərbaycana qarşıdır...”
11 May 2024 | 11:00
2005-dən sonra görünməmiş təhlükə: Mobil telefonlar və enerji sistemləri zədələnə bilər
11 May 2024 | 08:26
Hakim partiya deputatı Paşinyana qarşı mitinq keçirən Baqrata təşəkkür etdi -GÖZLƏNİLMƏZ 
11 May 2024 | 10:16
Azərbaycanda saatlıq maaşa keçid nəyi dəyişəcək? - AÇIQLAMA
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 07:31
Qan damarlarını təmizləyən  iki səhər yeməyi
11 May 2024 | 13:49
Azərbaycanda vəfat edən tələbə bir gün əvvəl əməliyyat olunubmuş - AÇIQLAMA + YENİLƏNİB
11 May 2024 | 07:57
Dünən axşam Paşinyana qarşı İrəvandakı mitinqdə cəmi 11300 hayk olub...-FOTO
11 May 2024 | 09:30
Övladlarınıza verdiyiniz 8 zərərli qida - Hər gün yeyirlər
HƏFTƏLİK
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
10 May 2024 | 12:55
Pensiya və maaşlarda artım olacaq? - VACİB AÇIQLAMA/VİDEO
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
11 May 2024 | 11:10
“Müşahidələrimizə görə Azərbaycanda 8 bəbir var”-Kameralara düşən MARAQLI-FOTO+ÖZƏL
07 May 2024 | 16:05
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
07 May 2024 | 15:45
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
AYLIQ
11 May 2024 | 11:10
“Müşahidələrimizə görə Azərbaycanda 8 bəbir var”-Kameralara düşən MARAQLI-FOTO+ÖZƏL
11 May 2024 | 12:03
"Bu revanşist hərəkat yalnız Paşinyana qarşı deyil, həm də Azərbaycana qarşıdır...”
11 May 2024 | 11:00
2005-dən sonra görünməmiş təhlükə: Mobil telefonlar və enerji sistemləri zədələnə bilər
11 May 2024 | 08:26
Hakim partiya deputatı Paşinyana qarşı mitinq keçirən Baqrata təşəkkür etdi -GÖZLƏNİLMƏZ 
11 May 2024 | 10:16
Azərbaycanda saatlıq maaşa keçid nəyi dəyişəcək? - AÇIQLAMA
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 07:31
Qan damarlarını təmizləyən  iki səhər yeməyi
11 May 2024 | 13:49
Azərbaycanda vəfat edən tələbə bir gün əvvəl əməliyyat olunubmuş - AÇIQLAMA + YENİLƏNİB
11 May 2024 | 07:57
Dünən axşam Paşinyana qarşı İrəvandakı mitinqdə cəmi 11300 hayk olub...-FOTO
11 May 2024 | 09:30
Övladlarınıza verdiyiniz 8 zərərli qida - Hər gün yeyirlər