“44 günlük müharibədə də İranı düşmən, İsraili dost ölkə gördük” - Fəzail Ağamalı
Oxunub: 1080
15 Oct 2021 | 12:17
“44 günlük müharibədə də İranı düşmən, İsraili dost ölkə gördük” - Fəzail Ağamalı
“Bundan sonra da İranın Azərbaycana qarşı bu münasibətlərdən imtina etməsini gözləmək sadəlöhvlük olardı”
 
 Cənub qonşumuzun işğalçı Ermənistana görə, özünün müsəlman qonşusu ilə münasibətlərini “soyuq savaş” səhiyyəsinə çatdırması gündəmin mövzularından biri olaraq qalır. Rəsmi Tehranın son günlər ərzində yürütdüyü anti-Azərbaycan ritorikası səngimiş kimi görünsə də, hələ ki, tam aradan qalxmayıb. Deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bu mövzuda “Yeni Müsavat”a geniş müsahibə verib.
 
 - Fəzail bəy, proseslər onu göstərir ki, İran Azərbaycana qarşı son günlərin sərt ritorikasından imtina etməyə başlayıb. Heç şübhəsiz ki, rəsmi Bakının qətiyyətli növqeyi, Tehranın siyasətinə etirazlar, həmçinin beynəlxalq səviyyədə Azərbaycanın mövqeyinə dəstək verilməsi İranın siyasətində korrektələrə rəvac verib. Sizcə, bu, keçici olacaq, yoxsa İran artıq birdəfəlik öz dərsini aldı?
 
- Prosesləri əvvəldən-axıra qədər izlədim və izləməkdə davam edirəm. İran - molla rejimi vahid və konkret xətti olan bir ölkə deyil. O, ən müxtəlif şəkildə pərdələnmiş mövqeyini bir müstəvidən başqa müstəviyə keçirməyə alışan və bu ənənəyə söykənən dövlətdir. Ona görə İranın bizə qarşı ən xoş münasibətlərini biz bu ölkənin peşman olaraq, Azərbaycana səmimi münasibətlərinin yaranması kimi qəbul etməli deyilik. Dünyanın bəlkə də nadir ölkələrindən biridir ki, - mən onu təkcə Ermənistanla müqayisə edə bilərəm –İranın öz maraqlarına xidmət edən fəaliyyətini o dərəcədə kobud, riyakar mövqedə ortalığa qoyurlar ki, artıq hər şey bəlli olur. Təsadüfi deyil ki, İranın bu baxımdan dünyada dostu yoxdur. Heç Ermənistanın da dostu yoxdur, bu ölkəni müdafiə edən onun diaspor təşkilatlarının maliyyəsi ilə qidalanan, ayrı-ayrı ölkələrdə yaradılan lobbilərdir. Ona görə İran Azərbaycanın sərt mövqeyini, dəyişilməz qətiyyətini gördü. Xüsusi olaraq ölkə prezidentinin çox ölçülüb-biçilmiş, bütün diplomatik qaydalara, etik normalara əsaslanan, lakin bütün bunların fövqündə dayanmış olan sarsılmaz iradəsi və qətiyyəti İranı kifayət qədər silkələdi. Başqa bir tərəfdən, İran başa düşdü və qəbul etdi ki, Azərbaycan tək deyil, Azərbaycanın dünyada sınaqdan çıxmış dostları var. Xüsusilə Türkiyə və Pakistanın bütün hərbi potensialı ilə belə, Azərbaycanın yanında olması məncə, İranın o ritorikadan çəkilməsində mühüm rol oynayan ikinci faktor oldu. Üçüncü vacib şərtlərdən biri Azərbaycan xalqının İranın bu cür düşmənçilik mahiyyəti daşıyan, mollasının şirin quyruğundan başlayıb, ali dini rəhbərinin əlləri əsən, zərbəsi kifayət qədər olmayan şilləsinin önə çəkilərək Azərbaycanın üstünə gəlməsi xalqımızı sözün həqiqi mənasında hiddətləndirdi və mütləq əksəriyyətimiz moll rejiminin təhdid və təpkilərinə qarşı birmənalı mövqe nümayiş etdirdik, eyni cəbhədən çıxış etdik. Burada cənab prezidentimizlə xalqımızın mövqelərinin üst-üstə düşməsi, bu vəhdət, dövlət başçısının xalqımızın fikirlərini, maraqlarını yüksək səviyyədə, hər dəfə olduğu kimi, birmənalı şəkildə ifadə etməsi heç şübhəsiz ki, İranı çəkindirdi. Dördüncü, vacib faktorlardan biri cənublu soydaşlarımızın mütləq əksəriyyətinin birmənalı mövqeyidir. Ola bilsin ki, orda açıq çıxış etməyənlər çoxluq təşkil edirlər. Lakin onların hər birinin ürəyində bu gün Azərbaycandır. Bu yaxınlarda mən sosial mediada güneydəki bir yaşayış məntəqəsinin (Kəleybərdə-E.P.) önündə, dağ başında Azərbaycan bayrağının dalğalanmasının şahidi oldum. Bu cür dəstək və istəkdən başlamış, şer və mahnılarda, küçə yürüşləri və mitinqlərədək, hər yerdə Azərbaycanın mövqeyi müdafiə olunur. İran həm də bundan çəkindi. O, düşünmürdü ki, yürütdüyü siyasət İranda bu cür rezonans doğura bilər. Nəhayət, sonuncu faktor: həm də dünyanın, xüsusilə də Rusiyanın İranın mövqeyini paylaşmaması, daha məsuliyyətli dövlət kimi özünü ifadə etməsi öz təsirini göstərdi. Bu ritorikadan imtina gözlənilən idi. Biz bunu bilirdik, belə də olacaqdı. İran Azərbaycanın dövlətçiliyinin gücünü, cəmiyyətimizin dövlətimizlə bərabər olmasının testini qoydu və peşman oldu. Hətta İranın “beşinci kolon”u da burda heç nə edə bilmədi. Çünki Azərbaycan xalqının İranın mövqeyinə böyük təpkisi var. Hər halda biz yaranmış vəziyyətdən ləyaqətlə çıxdıq, dövlətimiz bu, ağır durumdan özünün gücünü, nüfuzunu qoruyub-saxlaya bildi və bu, Azərbaycanın dünya miqyasında nüfuzunun artmasında bir faktor kimi özünü təsdiq etdi.
 
- Azərbaycan Prezidenti də İtaliya mediasına müsahibəsində çox kəskin və açıq mövqe bildirib...
 
- Təbii ki, dövlət başçımız bir daha özünün yüksək peşəkarlığını, qətiyyətini, mövqeyini, uzaqgörənliyini sübut etdi və beləliklə, cənab prezidentin həm Azərbaycan xalqı qarşısında hər zaman olduğu kimi, mövqeyi xeyli dərəcədə gücləndi və dünya miqyasında da İlham Əliyev amili yenilməz iradəsi olan bir dövlət xadimi kimi gücünü nümayiş etdirə bildi. Təsəvvür edin ki, ordumuz Cəbrayılı azad edib, erməniləri darmadağın edib, Zəngilana doğru sürətlə irəlilədiyi zaman İran hərbçiləri guya nəyisə qorumaq adı ilə Azərbaycan ordusunun qarşısına çıxdı ki, “burdan keçmək olmaz!” Yenə də görün prezidentimiz ikinci cəbhənin açılmaması üçün nə qədər böyük təmkin göstərdi. Orda İranın bir əsgəri yaralansaydı, öldürülsəydi – baxmayaraq ki, bizim buna tamamilə haqqımız çatırdı – İran bundan sui-istifadə edib, Azərbaycana qarşı daha açıq şəkildə mövqe nümayiş etdirə, bəlkə də öz qoşunlarını Azərbaycan ərazisinə yeridə bilərdi. O halda münaqişənin mahiyyəti, məqsədi tamamilə dəyişərdi və olduqca çətin durum yarana bilərdi. Yenə də prezidentimizin müdrik siyasəti buna imkan vermədi, çətin də olsa, məlumata görə, 34 km-lik əlavə məsafə qət etməklə, olduqca qiymətli vaxt itirməli olsaq da belə, bizimkilər avantüraya getmədi. Təbii ki, bu, ölkə prezidentinin seçimi idi. Yekunda biz həmin əməliyyatı uğurla başa çatdırdıq. Mən müharibə dövründə də dəfələrlə demişdim ki, İran birmənalı şəkildə Ermənistanın yanındadır, bu ölkəyə yanacaq və hərbi sursatla yardım edir. Baxın, artıq yeni-yeni faktlarla gümanlarımız özünü doğruldur. İran heç zaman Azərbaycana səmimi və dost münasibət göstərməyib. İndi baxaq, görək bundan sonra bu münasibət dəyişəcəkmi? Mənim buna gümanım azdır.
 
- Müharibə günlərində və ondan sonra İran və Ermənistan mənbələri davamlı şəkildə saxta məlumatlar yayırdılar ki, guya Azərbaycan Qarabağda döyüşmək üçün terrorçu qüvvələrdən istifadə edib. Ola bilərmi ki, o zaman bununla Azərbaycanı Suriyaya çevirmək planını qurubmuşlar?
 
- Ermənistanın nə dövlətçilik təcrübəsi, nə də onun başında duranların elə bir yüksək ağlı yox idi ki, bütün bu prosesləri yaradıb, idarə edə bilsinlər. Məncə, bu, birbaşa İrandan qidalanırdı. Bu, İranın molla rejiminin, ayrı-ayrı hərbçiləri, hərbi-siyasi rəhbərliyi tərəfindən hazırlanmış “A” planı idi bəlkə də. Sadəcə olaraq Azərbaycan Prezidentinin çox müdrik və qeyri-adi qabiliyyəti, istedadı İranın bir çox planlarının pozulmasına səbəb oldu. Digər tərəfdən, həm də yadınıza gəlirsə, ölkə prezidenti çıxışlarının birində hərbi kəşfiyyatın, həm də Dövlət Təhlükəsizlik Xidmətinin müharibə dövründə çox fədakar və yüksək peşəkarlığını qeyd etdi. Hətta bu qurumların əməkdaşları Azərbaycanın ali mükafatları ilə təltif olundular. Məncə, bizim kəşfiyyat orqanlarımızın da, peşəkar kəşfiyyatçılarımızın da burada xidmətləri çox böyük olub. O informasiyaları əldə edən cənab prezident doğru və düzgün addım atdığı üçün, İranın - siz demişkən, mən bunu istisna etmirəm – Azərbaycanı “ikinci Suriya”ya bənzətmək arzu və istəyi reallaşa bilməyib. Çünki İran - mən deyilənlərlə tamamilə razıyam – milyardlarla ölçülən gəlirdən məhrum oldu. Çünki Əfqanıstan və İranda istehsal olunan külli miqdarda narkotik maddələr tranzit kimi Ermənistana, ordan isə müxtəlif yollarla dünyanın ayrı-ayrı ölkələrinə, xüsusilə də Avropaya yayılırdı, ordan da külli miqdarda vəsait gəlirdi. İşğal altındakı, nəzarətsiz ərazidə İran külli miqdarda vəsait əldə edirdi. Eyni zamanda İran özünün çirkli pullarını Ermənistan vasitəsilə “yuyurdu”, leqallaşdırırdı. Ona görə də İran ayaq üstəydı. Ancaq artıq bu qapı qapandı, İran nəyin hesabına öz problemlərini həll edəcək? Bir dənə neft qalır, onu da ABŞ-ın təzyiqləri nəticəsində ən müxtəlif ölkələrin İran neftindən imtinası prosesi gedir.
 
- Fəzail bəy, necə bilirsiniz, bundan sonrakı mərhələdə rəsmi Bakının İran siyasətində korrektələr ediləcəkmi? Xüsusilə də İsraildə səfirliyimizin açılması və sairlə bağlı addımların atılması tezliklə reallaşa bilərmi?
 
- Həqiqətən də son hadisələr göstərdi və sübut etdi ki, İran ötən zaman kəsiyində, bu günə qədər Azərbaycana olan dostluq və səmimi münasibətlər testindən keçə bilmədi. Bundan sonra da İranın Azərbaycana qarşı bu münasibətlərdən imtina etməsini gözləmək sadəlöhvlük olardı. İran zəifdir deyə, indi bizimlə barışığa can atır. Çünki o, heç kimdən, hətta ümid bəslədiyi Rusiya tərəfindən də dəstək almadı. Bu baxımdan Azərbaycan təbii ki, İranla əvvəlki münasibətlərini korrektə etməlidir. İrana qarşı bizim səmimi və dost münasibətlərimiz bundan sonra neytral xarakter daşıyıb, qonşu münasibətləri səviyyəsində olmalıdır. Əgər gələcəkdə bizim layihələrimizin reallaşmasına ehtiyac olarsa-olsun – söhbət Şimal-Cənub nəqliyyat dəhlizindən gedir, bununla bağlı artıq sənədlər imzalanıb, müəyyən işlər də görülüb – sadəcə olaraq, nə dostumuzdur, nə də düşmənimizdir. Biz bu prinsiplə yanaşaraq, İranla münasibətlərimizi qurmalıyıq. İsrailə gəldikdə, siz də şahid olmusunuz ki, mən dəfələrlə Milli Məclisdə bu ölkə ilə münasibətlərimizin daha yüksək səviyyədə olmasını arzulayan millət vəkillərindən biriyəm. Bizim İsraillə münasibətlərimiz yüksək səviyyədədir. Diplomatik münasibətlərimiz də daha da inkişaf etdirilməlidir, bizim İsraildə səfirliyimiz fəaliyyətə başlamalıdır. 44 günlük müharibədə də İranı düşmən, İsraili dost ölkə gördük və biz buna uyğun olaraq öz işlərimizi görməliyik.
 
- Azərbaycan İsrail və digər dost-qardaş ölkələrin silahları ilə işğalçıya qarşı mübarizə apardığı günlərdə İran öz ordusunu Arazboyu cəmləmişdi...
 
- Doğrudur. Bu amili də nəzərə almalıyıq. Baxın, cənab Prezident Cəbrayılda Arazboyu düzülən, sınıq-salxaq texnika ilə öz gücünü göstərməyə çalışan İran rəsmilərinə əlini İsraildə istehsal olunan pilotsuz aparatın üstünə qoyaraq, Azərbaycanın gücünü və qüdrətini nümayiş etdirdi. İsraili təkcə bizə dost ölkə olaraq münasibətlərimizin ifadəsi kimi dəyərləndirməli deyilik. Bunu eyni zamanda İsrailin Azərbaycana ən çətin anlarda dost ölkə olaraq münasibətinin ifadəsi kimi dəyərləndirməliyik. Dünyada yəhudi lobbisi çox güclüdür, bunu hər kəs bilir. Məhz bu lobbi vasitəsilə biz ayrı-ayrı siyasi qurumları, dövlətləri 44 günlük müharibədə xeyli dərəcədə neytrallaşdıra bildik. İran bütün gücü, imkanları ilə bizim əleyhimizə işləyərək, Ermənistanın yanında olduğu halda, İsrail bütün gücü, imkanları, potensialı ilə Azərbaycanın yanında oldu. Ona görə də təbii ki, biz bunu nəzərə alaraq, İsraillə münasibətlərimizi daha yüksək səviyyədə qurmaqda davam etməliyik.
Oxşar xəbərlər
13:00, Bu gün
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
12:55, Bu gün
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
12:51, Bu gün
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
12:47, Bu gün
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edildi - VİDEO
12:44, Bu gün
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
12:39, Bu gün
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
12:35, Bu gün
Sabirabadda pendir sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
12:30, Bu gün
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
12:28, Bu gün
Prezident İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi
12:26, Bu gün
Qubada qanunsuz kömür quyuları AŞKARLANDI
12:24, Bu gün
Erməni polisi revanşist keşiş Baqratın Qazaxla sərhəd kəndə girişini qadağan etdi...-VİDEO
12:23, Bu gün
BDU tələbələrinə erkən nikahın fəsadları barədə təlim keçirilib - FOTO
12:21, Bu gün
Azərbaycandan əzilən xalqlara yeni ümid: “Hər zaman sizinləyik!”
12:19, Bu gün
Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO
12:15, Bu gün
Gözlənilən Almatı görüşü güc mərkəzlərinin rəqabəti fonunda - TƏHLİL
12:12, Bu gün
Saakaşvili türmədən açıqladı: "Gürcüstanda hakimiyyət dəyişəcək"
12:07, Bu gün
Hər gün yediyimiz çörəyin tərkibi BELƏ DƏYİŞƏCƏK - Bu tarixdən...
12:03, Bu gün
Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO
12:00, Bu gün
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - VİDEO
11:59, Bu gün
Acun İlıcalı “Fənərbağça”ya uduzan komandanı satın aldı - FOTO
11:54, Bu gün
“Multikulturalizm xalqımızın həyat tərzidir” - Sahibə Qafarova
11:48, Bu gün
“Beşiktaş” Levandovskinin transferi üçün fürsət axtarır
11:45, Bu gün
Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib
11:38, Bu gün
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək
11:30, Bu gün
İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə ÇAĞIRIŞ
11:25, Bu gün
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
11:20, Bu gün
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
11:15, Bu gün
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
11:12, Bu gün
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib
11:10, Bu gün
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO
11:05, Bu gün
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
11:02, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi
11:01, Bu gün
İranda zəlzələ olub
10:59, Bu gün
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
10:50, Bu gün
Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı
10:45, Bu gün
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
10:40, Bu gün
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
10:32, Bu gün
Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb
10:28, Bu gün
Əli Əsədov Kəlbəcərlə bağlı qərar imzaladı
10:23, Bu gün
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
10:20, Bu gün
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
10:14, Bu gün
Braziliyada daşqın: 10 nəfər ölüb, 21 nəfər itkin düşüb 
10:12, Bu gün
Bu günədək 7 minə yaxın keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb
10:12, Bu gün
İrəvan sərhədlərimizdə nə planlaşdırır? – Paşinyanın müsahibəsindəki şifrələr
10:11, Bu gün
Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb
10:01, Bu gün
Özbəkistan Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib
10:00, Bu gün
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
09:55, Bu gün
Bakıda mərkəzi yollardan biri bağlandı
09:41, Bu gün
Ukrayna Azərbaycanı "Zelenski formulu"na qoşulmağa çağırdı
09:30, Bu gün
Bu insanlardan uzaq olun!
09:23, Bu gün
Sənədsiz evlərlə bağlı YENİLİK
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
09:05, Bu gün
Bu gün Yasamalda qaz olmayacaq
09:00, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
08:55, Bu gün
Norveç səyahətçilərinin işğaldan azad edilmiş ərazilərə səyahəti başlayıb
08:25, Bu gün
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
08:16, Bu gün
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
07:52, Bu gün
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
07:15, Bu gün
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
06:45, Bu gün
Şotlandiyada hökumətə etimadsızlıq səsverməsi baş tutmayıb
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
05:55, Bu gün
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 13:47
“Zəngəzur dəhlizi Rusiya iqtisadiyyatı üçün dünya bazarına çıxış yoluna çevrilməli idi...”
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 14:15
Tbilisi polisi "Rusiya qanununa" qarşı etirazları amansızcasına yatırdı... - FOTO/VİDEO
01 May 2024 | 14:06
Qız məscidin həyətində sevgilisi ilə görüşdü, tövlədə isə... – Cəlilabadda ŞOK OLAY
01 May 2024 | 14:45
Azərbaycan ədəbi dilinə akademik baxış
01 May 2024 | 13:32
Gürcüstan parlamentində qalmaqal: Deputatlar arasında dava düşdü - VİDEO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
29 Apr 2024 | 06:37
Azərbaycanda ən çox və ən az çörək yeyilən  REGİONLAR - SİYAHI
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 13:47
“Zəngəzur dəhlizi Rusiya iqtisadiyyatı üçün dünya bazarına çıxış yoluna çevrilməli idi...”
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 14:15
Tbilisi polisi "Rusiya qanununa" qarşı etirazları amansızcasına yatırdı... - FOTO/VİDEO
01 May 2024 | 14:06
Qız məscidin həyətində sevgilisi ilə görüşdü, tövlədə isə... – Cəlilabadda ŞOK OLAY
01 May 2024 | 14:45
Azərbaycan ədəbi dilinə akademik baxış
01 May 2024 | 13:32
Gürcüstan parlamentində qalmaqal: Deputatlar arasında dava düşdü - VİDEO