Bağırsaq analizi ilə arıqlama və müalicə mümkün ola bilər
Sağlamlıq
160
20:27, Bu gün

Bağırsaq analizi ilə arıqlama və müalicə mümkün ola bilər

Rusiyada alimlər bədən çəkisinin tənzimlənməsi və müxtəlif xəstəliklərin müalicəsinə kömək edə biləcək yeni tibbi yanaşmanın klinik sınaqlarına start veriblər.
 
Moderator.az "İzvestiya" qəzetinin məlumatına istinadən xəbər verir ki, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Metabolik Sağlamlıq Elmi-Texnoloji İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanmış sistem bağırsaq mikrobiotasının analizinə əsaslanır. Texnologiya multiplikativ PZR üsulu ilə işləyir və nəticələri müraciət olunan gün ərzində təqdim edə bilir.
 
Mütəxəssislərin bildirdiyinə görə, yeni sistem bağırsağın yoğun hissəsində yaşayan mikroorqanizmlərin, o cümlədən şərti patogen flora və Candida göbələklərinin miqdarını qiymətləndirir. Metodun əsas üstünlüklərindən biri aşağı maya dəyərinə malik olmasıdır.
 
Rusiya Elmlər Akademiyasının akademiki Vladimir İvaşkin qeyd edib ki, bu yanaşma bağırsaq mikroflorasının fərdi xüsusiyyətlərini nəzərə almağa imkan verir və "bağırsaq–beyin" və "bağırsaq–immun sistem" əlaqələri ilə bağlı xəstəliklərin müalicəsində istifadə oluna bilər. Onun sözlərinə görə, texnologiya piylənmə, mədə-bağırsaq xəstəlikləri, immun pozuntular və bəzi psixoloji problemlərdə tətbiq perspektivinə malikdir.
 
Baş elmi əməkdaş Roman Maslennikov isə bildirib ki, mikrobiotanın dəqiq analizi həkimlərə daha effektiv dərman seçimi və probiotik müalicəsinin fərdiləşdirilməsi imkanı verəcək.
 
Qeyd edək ki, bu istiqamətdə tədqiqatlar davam etdirilir.(BAKU.WS)
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər