Xərçəngin aşkarlanması üçün altı adi analiz - Rusiyalı həkimdən maraqlı açıqlama
Sağlamlıq
164
08:04, Bu gün

Xərçəngin aşkarlanması üçün altı adi analiz - Rusiyalı həkimdən maraqlı açıqlama

Klinikalarda verilən altı adi analiz onkoloji xəstəliklərin ilkin mərhələdə aşkarlanmasına kömək edə bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə rusiyalı tibb elmləri doktoru, professor Mixail Koryakin "Aif.ru" nəşrinə verdiyi müsahibədə bildirib. Söhbət leykositlər, eritrositlərin çökmə sürəti (EÇS), ümumi protein, qlükoza, hemoqlobin və trombositlər üçün verilən analizlərdən gedir.
 
Həkim bu göstəricilərin onkoloji xəstəliklərlə əlaqəsini belə izah edib:
 
"Leykositlər: Leykositlərin sayında kəskin artım və ya güclü azalma qan xərçənginin göstəricisi ola bilər.
 
Eritrositlərin çökmə sürəti: EÇS-in artması yalnız mövsümi infeksiyalar və ya xroniki xəstəliklərin kəskinləşməsi zamanı deyil, həm də bədxassəli proseslər zamanı müşahidə olunur.
 
Ümumi protein: Ümumi protein göstəricisinin normadan aşağı olması onkoloji problemlərə işarə edən həyəcan siqnalı ola bilər.
 
Qlükoza: Xərçəng hüceyrələri bəzən insulin ifrazını basdırır və bu zaman orqanizm qlükoza səviyyəsini artıraraq cavab verir.
 
Hemoqlobin: Hemoqlobinin azalması (anemiya) onkoloji xəstəliklərin, xüsusən də mədə və bağırsaq xərçənginin ən çox rastlanan göstəricilərindəndir. Şiş gözlə görünməyən, lakin analizlərdə özünü göstərən xroniki mikroqanaxmalara səbəb ola bilər.
 
Trombositlər: Ağciyər, böyrək və mədə-bağırsaq traktı xərçəngi zamanı trombositlərin sayı izaholunmaz şəkildə arta bilər (trombositoz). İltihab əlamətləri olmadan trombositlərin uzun müddət yüksək səviyyədə qalması mütləq həkim müayinəsi tələb edir".
 
Professor vurğulayıb ki, bu analizlər diaqnoz üçün təkbaşına kifayət etməsə də, orqanizmdəki potensial təhlükəli dəyişiklikləri vaxtında aşkar etməyə və həkimə müraciət etmək üçün əsaslı səbəb yaratmağa kömək edir. /oxu.az/
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər