Bizi sosial şəbəkələrdən izləyin:
Tayvan və ABŞ ümumi dəyəri 208,77 milyard Tayvan dollarından (təxminən 6,6 milyard dollar) çox olan altı böyük silah alışı müqaviləsi imzalayıblar.
Moderator.az xəbər verir ki, bu barədə "Focus Taiwan" məlumat yayıb.
Portalın məlumatına görə, müqavilələr aprel ayında imzalanıb. Əldə edilən razılaşmaların bir hissəsi olaraq, Tayvan 123,5 milyard dollar (3,9 milyard ABŞ dolları) dəyərində Amerikanın HIMARS raket sistemləri, 73,89 milyard dollar (2,3 milyard dollar) dəyərində "M109A7 Paladin" özüyeriyən artilleriya qurğuları və quru qüvvələri üçün 5,32 milyard dollar (168 milyon dollar) dəyərində əlavə raket vasitələri alacaq.
Digər üç müqavilə hərbi donanma üçün 5,13 milyard dollar (162 milyon ABŞ dolları) dəyərində raket silahlarının alınmasını, 910,45 milyon dollar (29 milyon dollar) dəyərində Tayvan-Amerika birgə iri çaplı sursat istehsalı və s. əhatə edir.