“Şəfiqə Məmmədova bizi “atdı”, pis vəziyyətdə qoydu, onsuz da sədr seçilməyəcəkdi...” - Xalq artistindən ÖZƏL AÇIQLAMA
Ekskluziv
887
09:21, Bu gün

“Şəfiqə Məmmədova bizi “atdı”, pis vəziyyətdə qoydu, onsuz da sədr seçilməyəcəkdi...” - Xalq artistindən ÖZƏL AÇIQLAMA

“İki gün öncə Kinematoqrafçılar İttifaqının konfransı keçirildi. Yaxşı oldu ki, keçirildi. Hər dəfə toplanmaq da bir az çətindir. Baş qarışıqdır, hərənin işi-gücü olur. Konfransdan əvvəl idarə heyətinin iclası oldu. Orada demək olar ki, çox adam-xalq artistləri Həmidə Ömərova, Şükufə Yusupova, bütün gənclər və mən də daxil olmaqla hamımız Əli İsa Cabbarovun sədr seçilməsini istəyirdik. İkinci namizədimiz idi. Birinci namizədimiz təbii ki, Şəfiqə xanım Məmmədova idi. İki namizədlə konfransa getməyə qərar verdik. Mən konfliktli adam deyiləm. Biz  qurultaya gəldik, amma Şəfiqə xanım başda olmaqla nə Vaqif Mustafayev gəldi, nə də Akif Əli.. Düzdür, onlar da azlıq təşkil edirdilər. Gəlməmə səbəblərini yəqin ki, özləri bilirlər. Konfrans səsverməyə keçdi.. Soruşdular ki, seçki keçirək ya yox?! Hamı da təsdiqlədi. Cəmi 150-dən bir az artıq adam var idi. Hamı da Əli İsa Cabbarova səs verdi. Mən də həmçinin səsimi ona verdim”.
 
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Xalidə Quliyeva deyib.
O daha sonra Şəfiqə Məmmədovanı seçməməsini belə izah edib:
“2024-cü ildə qurultay keçirildi. Qurultaydan öncə Şəfiqə xanım bizi çağırdı. 20-30 nəfər oturub müzakirə etdik. Şəfiqə xanım səsvermənin olacağını bildirəndə, biz də ona səs verəcəyimizi dedik. Hamı orada idi. Biz qurulaya gəldik. İki namizəd ortaya çıxdı. Biri Rasim Balayev, biri də Şəfiqə xanım. Biz də hamımız fikirləşirdik ki, səsimizi Şəfiqə xanıma verəcəyik. Axı əvvəlcədən danışığımız olmuşdu. Bir də gördük Şəfiqə xanım səhnəyə çıxıb namizədliyini geri çəkdi. Bu mənim yadımda qalmışdı. Biz gəlmişdik ona səs verək, bizi qəfil “atdı”, çıxılmaz vəziyyətdə qoydu. Heç olmasa bir gün öncə deyərdi ki, mən namizədliyimi geri çəkəcəm. Biz də orada pis vəziyyətdə qalmazdıq. Rasim Balayevin adını çəkəndə bütün zal coşdu. Mən onda anladım ki, əvvəldən sözləşib danışıblar ki, Şəfiqə xanım namizədliyini geri çəkəcək. Çünki orada səsverməyə qoyulsaydı hamı Rasim Balayevə əl qaldıracaqdı. Şəfiqə xanım üçün əl qaldıran çox az adam olacaqdı. Bu dəfə də həmin situatsiyadır. Hamı Əli İsanı istəyirdi. Mən də Şəfiqə xanımı ona görə istəmədim ki, o bizi vaxtilə pis vəziyyətdə qoymuşdu. Bu bir oyun imiş, bizim də oyundan xəbərimiz yoxdur. Ona görə də bu dəfə səsverməyə gəlmədilər ki, onsuz da səs toplamayacaqlar. 5-10 nəfər onlara əl qaldıracaqdı, hamı Əli İsanı seçəcəkdi. Çünki Əli İsa Cabbarov işləyir. Əli İsa o ittifaqın matorudur. Həm yaradıcıdır, həm inzibatçıdır, həm də təşkilatçı.. Bu çox yaxşıdır. Ən çox da xoşuma gələn odur ki, cavanlar bu ittifaqa cəlb olunub, kino sahəsində yeni nəsil yetişir. Ora əlbəttə ki, təhsil ocağı deyil, amma kurslar da açılıb, dərslər də keçirilir, festivallar və müsabiqələr təşkil olunur”.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər