Hospitala yoxlanışa gedən Tramp İran əməliyyatında yaralanan hərbçilərlə görüşmədi
Dünya
129
11:20, Bu gün

Hospitala yoxlanışa gedən Tramp İran əməliyyatında yaralanan hərbçilərlə görüşmədi

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp hərbi hospitala səfəri zamanı İrana qarşı əməliyyatlarda yaralanan hərbçilərdən heç biri ilə görüşməyib.
 
Moderator.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "CBS News" telekanalı məlumat yayıb.
 
Dövlət başçısı çərşənbə axşamı günü Uolter Rid adına Milli Hərbi-Tibbi Mərkəzə gəlib, burada illik tibbi və stomatoloji müayinədən keçib. O, orada hərbçilərlə ünsiyyət qurub, lakin İrana qarşı döyüş əməliyyatları zamanı yaralanan 14 hərbi qulluqçudan heç biri ilə görüşməyib. Ağ Evin mətbuat xidməti Trampın hospitala səfərini təsdiqləyib, bununla belə prezidentin yaralıları hansı səbəbdən ziyarət etmədiyinə izah verilməyib. /oxu.az/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər