Azad edilmiş ərazilərə köçürülən sakinlərdən 10600-dək şəxsin məşğulluğu təmin edilib
Cəmiyyət
122
11:26, Bu gün

Azad edilmiş ərazilərə köçürülən sakinlərdən 10600-dək şəxsin məşğulluğu təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərə köçürülmüş sakinlərin məşğulluq tədbirləri ilə əhatə olunması işlərini davam etdirir.
 
Moderator.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
 
Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına köçürülmüş sakinlərdən artıq 10600-dək şəxsin məşğulluğu təmin edilib.
 
“Onlardan 881 şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik ailə təsərrüfatları yaradılıb. Habelə 505 nəfər müxtəlif istiqamətlər üzrə peşə hazırlığı kurslarına cəlb edilib. Kursları uğurla başa vurmuş şəxslərin işlə təminatına dəstək göstərilib”, - deyə qurumun yaydığı məlumatda bildirilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər