Qanunsuz mərc oyunlarının təşkilatçılarına qarşı əməliyyat zamanı onlarla şübhəli həbs edilib - VİDEO
Dünya
141
22:47, Bu gün

Qanunsuz mərc oyunlarının təşkilatçılarına qarşı əməliyyat zamanı onlarla şübhəli həbs edilib - VİDEO

Türkiyədə qanunsuz mərc oyunları təşkil edənlərə qarşı əməliyyat keçirilib.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"Niğdə mərkəzli 13 vilayətdə "Qeyri-qanuni mərc" cinayətinə qarşı polisimiz tərəfindən keçirilən əməliyyatlarda 9 milyard lirə (199 milyon 300 min dollar) əməliyyat həcmi olduğu müəyyən edilən 34 şübhəli saxlanılıb", - məlumatda bildirilib. Qeyd edilir ki, şübhəlilərdən 31-i həbs edilib, üçü barəsində məhkəmə nəzarəti tətbiq olunub:

"Kibercinayətkarlıqla Mübarizə Dairə İdarəsinin koordinasiyasında bir şirkətdən qeyri-qanuni mərc saytı infrastrukturu satın aldığı müəyyən edilən şübhəlilərə qarşı aparılan işlərdə 26 ədəd qeyri-qanuni mərc və qumar saytı ilə əlaqəli olduğu qiymətləndirilən çox sayda rəqəmsal material (data) və cinayət elementi ələ keçirilib".

Qeyd edək ki, əməliyyat Niğdə ilə yanaşı, Adana, Eskişehir, Qaziantep, İstanbul, İzmir, Malatya, Mardin, Samsun, Şanlıurfa, Trabzon, Şırnak və Vanda da aparılıb. "Şübhəlilərə aid 2 min 623 ədəd bank və kripto aktiv hesabı, 4 ədəd şirkət və bu şirkətlərə aid səhmlər, 1 ədəd yanacaqdoldurma məntəqəsi, 4 ədəd iş yeri, 5 ədəd torpaq sahəsi, 15 ədəd avtomobildən ibarət təxminən 1 milyard 240 milyon TL (27 milyon 460 min dollar) dəyərindəki əmlak müsadirə olunub.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər