23:36
12°C
Bakı
Böyük Britaniyanın təhlükəsizlik xidmətləri ölkədə terror təhlükəsi səviyyəsini beş mümkün səviyyənin dördüncüsü - "əhəmiyyətli"dən "ciddi"yə qaldırıb.
Moderator.az-ın məlumatına görə, bu barədə Terrorçuluğun Təhlili üzrə Birgə Mərkəzinin bəyanatında bildirilir.
Bəyanata görə, İngiltərə, Uels, Şotlandiya və Şimali İrlandiyada terrorçuluğun bütün formaları ciddi qiymətləndirilir.
Təhdid səviyyəsinin artırılması qərarı aprelin 29-da Londonun şimalında baş verən və hakimiyyətin terror aktı kimi təsnif etdiyi antisemit hücumdan sonra verilib.