06:38
8°C
Bakı
İspaniyanın "Real" klubunun yarımmüdafiəçisi Dani Sebalyos mövsümün qalan hissəsini buraxa bilər.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, 29 yaşlı futbolçu bu həftə komandanın baş məşqçisi Alvaro Arbeloa ilə münaqişə yaşayıb.
Nəticədə oyunçu bu gün La Liqanın XXXII turunda "Betis"ə qarşı keçiriləcək oyun üçün heyətdən kənarda qalıb.
Qeyd edək ki, Sebalyos 2017-ci ildən Madrid təmsilçisində çıxış edir. O, cari mövsümdə 22 oyunda iştirak etsə də, fərqlənə bilməyib. Futbolçunun klubla müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər qüvvədədir.