KİV: Əraqçi İslamabadda ABŞ nümayəndələri ilə görüşməyəcək
Dünya
1518
24 Apr 2026 | 23:30

KİV: Əraqçi İslamabadda ABŞ nümayəndələri ilə görüşməyəcək

İranın xarici işlər naziri Abbas Əraqçi Pakistana səfəri çərçivəsində ABŞ nümayəndələri ilə görüş keçirməyi planlaşdırmır.

Moderator.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Əraqçinin İslamabada səfəri ABŞ-la danışıqlarla bağlı deyil, Pakistan tərəfi ilə ikitərəfli münasibətlər və regiondakı vəziyyətin müzakirəsinə həsr olunacaq.

Səfərin diplomatik məsləhətləşmələr xarakteri daşıdığı vurğulanır.

Link kopyalandı!
Son xəbərlər