İran ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Ər-Riyaddakı ofisini də vurdu...-
1535
04 Mar 2026 | 07:37

İran ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Ər-Riyaddakı ofisini də vurdu...-"VP"-FOTO

"The Washington Post" qəzeti özəl mənbələrinə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki ABŞ səfirliyinin ərazisində yerləşən Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rezidenturasına dron hücumu olub.
Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, nəşrin məlumatına görə, zərbə İran pilotsuz təyyarəsi tərəfindən həyata keçirilib. Zərərin əhəmiyyətli olduğu bildirilir. Lakin qeyd olunur ki, ABŞ MKİ heyəti arasında itki olmayıb.
 
MKİ olayla bağlı rəsmi olaraq şərh verməyib.
 
MKİ məntəqəsinə zərbənin təsadüfi olması və ABŞ səfirliyinin özü hədəf ola biləcəyi mümkündür.
 
Xatırladaq ki, dünən martın 3-ü səhər saatlarında İranın ABŞ-ın Səudiyyə Ərəbistanındakı səfirliyinə iki dronla hücum etməsi haqda xəbər yayılmışdı. Martın 1-də isə ABŞ MKİ-nin Dubaydakı qərargahının raket zərbələrinin hədəfi olduğu bildirilmişdi.
 
S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər