Metroda gedişhaqqı artırılacaq? -xa0AÇIQLAMA
Cəmiyyət
1310
29 Aug 2025 | 13:22

Metroda gedişhaqqı artırılacaq? -xa0AÇIQLAMA

"Gedişhaqqı ilə bağlı məsələ daim müzakirə olunur, amma hazırda bu barədə rəsmi məlumat yoxdur".
 
Moderator.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin sədrinin müşaviri Emil Əhmədov deyib.
 
Onun sözlərinə görə, bir çox ölkələrdə fərqli yanaşmalar var: "Məsələn, aylıq, bir səfərlik kartlar. Həmçinin, tələbələrə və sosial həssas qrupa daxil olan insanlar üçün fərqli yanaşmalar tətbiq olunur. Bir çox ölkələrdə məsafədən asılı olaraq ödənişlər mümkündür. Bunlar daim bizim gündəmimizdədir, müzakirələr olunur. Hələlik yekun qərar yoxdur".
 
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə ictimai nəqliyyatda gedişhaqqının 1 manat olacağı barədə xəbərlər yayılıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər