Avqustun müavinət və təqaüdləri bu tarixdə ödəniləcək
Cəmiyyət
2907
07 Aug 2025 | 11:11

Avqustun müavinət və təqaüdləri bu tarixdə ödəniləcək

Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 25-30-u tarixlərində bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.
 
Moderator.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
 
"Onu da diqqətə çatdırmaq istərdik ki, sosial ödənişlərin bank kartlarına köçürüləcəyi konkret tarixlər barədə vətəndaşlara əvvəlcədən məlumat verilir", - deyə fonddan bildirilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər