Hərbi qulluqçularımız Türkiyəyə gediblər
Hərb
165
22:00, Bu gün

Hərbi qulluqçularımız Türkiyəyə gediblər

Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində keçirilən "EFES - 2026" çoxmillətli təlimin növbəti mərhələsinə hazırlıq prosesi davam edir.

Moderator.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
 
Təlimin döyüş atışlı praktiki məşqlərinə cəlb edilən Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu qardaş ölkəyə yola düşüb. Hərbi qulluqçularımız Türkiyə Respublikasının Çiğli Hava Bazasında qarşılanıblar.
 
Qeyd edək ki, "EFES - 2026" çoxmillətli təlimin əsas məqsədi iştirakçı ölkələrin bölmələri arasında genişmiqyaslı əməliyyatların keçirilməsi zamanı koordinasiyanın gücləndirilməsi, döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi və praktiki vərdişlərin təkmilləşdirilməsidir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər