Kürün İmişlidən keçən hissəsində su artımı stabilləşib
Cəmiyyət
172
22:03, Bu gün

Kürün İmişlidən keçən hissəsində su artımı stabilləşib

Kür çayının İmişlidən keçən hissəsində su artımı stabilləşib.
 
Moderator.az report-a istinadən xəbər verir ki, bu barədə İmişli rayonunun Məmmədli kənd bələdiyyəsinin sədri Rəfael Əyyubov məlumat verib.
 
Onun sözlərinə görə, bu gün Kür çayının rayonun Ağamalılar, Məmmədli, Əlyetməzli və Telişli kəndlərindən keçən hissəsində su artımı stabilləşib.
 
"Çayda suyun səviyyəsi nə azalıb, nə də artıb. Mühafizə bəndləri olduğundan evlər üçün heç bir təhlükə yoxdur", - bələdiyyə sədri bildirib.
 
Qeyd edək ki, indiyə qədər Kür çayında su səviyyəsinin artması nəticəsində İmişli rayonunda 400 hektardan çox əkin sahəsi su altında qalıb. Belə ki, rayonun Ağamalılar kəndində 40, Telişli kəndində 35, Əlyetməzli kəndində 225 , Məmmədli kəndində isə 16,62 hektar əkin sahəsi suların təsirinə məruz qalıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər