Şok: Üçüncü İsrail-Livan müharibəsi başladı
Hərb
1897
19 Sep 2024 | 19:40

Şok: Üçüncü İsrail-Livan müharibəsi başladı

"İsrail Livanın cənubunda "Hizbullah" obyektlərinə güclü zərbələr endirib, Nəsrullah "müharibə elan edildiyini" bəyan edib..."
 
İsrail bütün "qırmızı xətləri" keçib
 
İsrail Müdafiə Ordusu Livanda "Hizbullah"ın obyektlərinə zərbələr endirib və bəyan edib ki, bununla  hərəkatın "terror imkanları və infrastrukturunun pisləşməsinə"  nail olmaq istəyir.
 
Moderator.az xəbər verir ki, bu barədə "euronews.com" nəşri məlumat yayıb.
 
İsrail Müdafiə Ordusu bəyan edib ki, "Hizbullah" mülki livanlılardan "canlı qalxan" kimi istifadə edərək hərbi infrastrukturu inkişaf etdirib.
 
"Hizbullah" onilliklərlə mülki evləri silahlandırıb, onların altında tunellər qazıb və mülki şəxslərdən "canlı qalxan" kimi istifadə edərək cənubi Livanı döyüş əməliyyatları zonasına çevirib. İsrail Müdafiə Ordusu İsrailin şimalında təhlükəsizliyi təmin edərək sakinlərə öz evlərinə dönmək və müharibənin məqsədlərinə çatmaq üçün fəaliyyət göstərir", - İsrail Müdafiə Nazirliyinin bəyanatında deyilir.
 
Bu arada isə sosial şəbəkələrdə Livanda "Hizbullah"ın obyektlərinin bombardman edilməsinin videoları dərc edilib. Ölkənin müxtəlif nöqtələrində güclü partlayışlar eşidilir.
 
Videoların birində İsrail təyyarələri Livanın paytaxtı Beyrut üzərində görünüb.
 
Bombardmanlar fonunda "Hizbullah" lideri Həsən Nəsrullah bəyab edib ki, İsrail qruplaşma üzvlərinin istifadə etdikləri peycerləri partlatmaqla "qırmızı xətləri" keçib, bu barədə "Press TV" məlumat verib.
 
Nəsrullah hesab edir ki, İsrail öz hərəkətləri ilə "müharibə elan edib". O, İsrailin hücumunu Livanın bütün tarixi boyunca misli görünməyəm hücum adlandırıb.
 
"Çərşənbə axşamı və çərşənbə günü divan tutulması hərbi cinayət, müharibənin elan edilməsidir, necə istəyirsiniz adlandıra bilərsiniz", - o, əlavə edib.
 
Bundan öncə baş verənlər...
 
Sentyabrın 17-də bütün Livan boyunca "Hizbullah" qruplaşmaları üzvlərinin istifadə etdikləri peycerlər partladılıb. 40 nəfərə yaxın adam həlak olub, minlərlə adam yaralanıb. Qruplaşma bu insidenti son zamanlar təhlükəsizlik xidmətlərinin işində ən böyük uğursuzluq adlandırıb və İsraili ittiham edib.
 
Sentrabrın 18-də Livanda yeni partlayışlar seriyası baş verib. Bu dəfə ratsiyalar və digər texnika detonasiya edib. Yüzlərlə insanın həlak olması barədə məlumat verilib.
 
Sonradan İsrail müdafiə naziri Yoav Qalant ölkənin hərbi fəaliyyətində "yeni eranın" başlandığını bəyan edib. O, qeyd edib ki, İsrail Müdafiə Ordusu "Mossad" və bütün digər orqanlarla birlikdə gözəl nəticələrə nail olub. Onun sözlərinə görə, bu nəticələr "çox heyrətamizdir".
 
ABŞ bu əməliyyatda hər-hansı iştirakını inkar edib və bəyan edib ki, regionda eskalasiyanın qarşısının alınmasında diplomatik yanaşma sərgiləyəcək.
 
Pentaqon rəhbəri İsrail müdafiə naziri ilə telefon söhbətində israilli həmkarını İran və "Hizbullah" tərəfindən təhlükələr qarşısında ABŞ-ın sarsılmaz dəstəyinə əmin edib.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər