İdman
1781
15 Aug 2024 | 11:18

"Ludoqorets"in baş məşqçisi "Qarabağ"la oyundan sonra istefaya göndərilib

Bolqarıstanın "Ludoqorets" klubu baş məşqçisi Georgi Dermenciyev ilə yollarını ayırıb.
 
Bu barədə yerli "Maç Teleqraf" nəşri məlumat yayıb.
 
Mütəxəssis UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında Azərbaycan təmsilçisi "Qarabağ"a 2:7 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib.
 
Bu, qarşıdakı saatlarda rəsmən açıqlanacaq.
 
Qeyd edək ki, daha əvvəl bir neçə dəfə "Ludoqorets"də işləyən Dermenciyev 2023-cü ildə kluba qayıdıb. Bakıdakı ilk görüşdə Bolqarıstan çempionu qələbə qazanmışdı - 2:1.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər