Sabiq icra başçısının cəzası azaldıldı
Kriminal
1533
28 Jun 2024 | 11:46

Sabiq icra başçısının cəzası azaldıldı

Biləsuvarın məhkum edilmiş sabiq icra başçısı Mahir Quliyevlə bağlı qərardan verilmiş kassasiya şikayətinə baxılıb.
 
Moderator.az xəbər verir ki, Ali Məhkəmə eks-icra başçısının şikayətini qismən təmin edib.
 
Qərara əsasən, M.Quliyevin cəzası 11 ildən 8 il 3 aya endirilib.
 
Xatırladaq ki, M.Quliyev 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. Korrupsiya cinayətlərində ittiham olunan sabiq icra başçısı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. Onun Bakıda yerləşən 2 mənzili və 1 avtomobili dövlət nəfinə müsadirə olunub.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər