Cəmiyyət
3103
08 Apr 2024 | 12:45

"Yelo Bank"la MMC arasında məhkəmə qalmaqalı

Gəncədə bir neçə zavoda rəhbərlik edən "Avia-Ekologiya" Məhdud Məsuliyyətli Cəmiyyəti  məhkəməyə verilib. 
 
Valyuta.az xəbər verir ki, "Yelo Bank" Açıq Səhmdar Cəmiyyəti "Avia-Ekologiya" MMC-ni məhkəməyə verib. 
 
Əldə etdiyimiz məlumata görə, məhkəmə verilmə səbəbi şirkətin tabeçiliyində olan mülkə görə götürülən kredit mübahisəsidir. Bank məhkəmədə şirkət barəsində “Sair işlər və Digər” məsələlərlə bağlı iddia qaldırıb. 
 
İşə Bakı Kommersiya Məhkəməsində hakim Zaur Pirverdiyevin sədrliyi ilə baxılacaq. 
 
Qeyd edək ki, bu ilin fevral ayında "Avia-Ekologiya" şirkəti "Yelo bank"ı və eyni zamanda "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" MMC barəsində Bakı Kommersiya Məhkəməsində iddia qaldırmışdı.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər