İsrail Baş Qərargah rəisi:
Dünya
128
19:30, Bu gün

İsrail Baş Qərargah rəisi: "Hizbullah"ın 2000-dən çox üzvü məhv edilib"

İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Baş Qərargah rəisi Eyal Zamir fevralın sonundan etibarən Livanda "Hizbullah"ın iki mindən çox silahlı üzvünün zərərsizləşdirildiyini bildirib.

Moderator.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

E.Zamir qeyd edib ki, fevralın 28-də başlayan "Şir nərəsi" əməliyyatı çərçivəsində əldə olunan nəticələr inkişaf etdiriləcək və "Hizbullah"a qarşı fəaliyyət daha da genişləndiriləcək.

O, həmçinin vurğulayıb ki, İsrail ordusu ölkənin şimal bölgələrinin təhlükəsizliyi tam təmin olunana qədər Livanın cənubunda düşmən qüvvələrinin aşkar edilməsi və terror infrastrukturunun məhv edilməsi üzrə əməliyyatları davam etdirəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər