Tramp Çinə səfərindən əvvəl İranla razılaşmanın bağlanmasını mümkün sayıb
Dünya
121
19:45, Bu gün

Tramp Çinə səfərindən əvvəl İranla razılaşmanın bağlanmasını mümkün sayıb

ABŞ Prezidenti Donald Tramp İranla mümkün razılaşmanın əldə olunmasına dair nikbinliyini ifadə edərək, razılaşmanın onun növbəti həftə Çinə edəcəyi səfərə qədər əldə oluna biləcəyini bildirib.

Moderator.az xəbər verir ki, bu barədə o "PBS News"a müsahibəsində bildirib.

O, razılaşmanın əldə olunması ehtimalının yüksək olduğunu qeyd edib, lakin bunun dəqiq olmadığını vurğulayıb.

Prezidentin sözlərinə görə, mümkün razılaşma çərçivəsində İran öz yüksək zənginləşdirilmiş uranını ABŞ-yə ixrac etməli və yeraltı nüvə obyektlərindən aktiv fəaliyyət üçün istifadə etməmək öhdəliyini götürməlidir.

Tramp həmçinin qeyd edib ki, razılaşma onun mayın ortalarına planlaşdırılan Çin səfərindən əvvəl bağlana bilər, lakin bu ssenarini "arzuolunan, amma mütləq olmayan" adlandırıb.

ABŞ lideri xüsusi elçilər Stiv Uitkoff və Cared Kuşnerin danışıqlara göndərilməsinin ehtimalının az olduğunu bildirib və əlavə edib ki, razılaşma birbaşa əldə edilə, ehtiyac yaranarsa isə yekun görüşdə imzalana bilər.

Eyni zamanda o, razılaşma pozularsa, İrana qarşı zərbələrin bərpa olunmasını da istisna etməyib.

CNN-in məlumatına görə, Vaşinqton və Tehran İranda uranın zənginləşdirilməsinə 10 ildən artıq müddətə moratorium qoyulması, eləcə də artıq mövcud olan material ehtiyatlarının ölkədən çıxarılması imkanını müzakirə edirlər. Bildirilir ki, nəzərdən keçirilən bir səhifəlik plan hərbi əməliyyatların başa çatdığının elan edilməsini və İranın nüvə proqramı, aktivlərin sərbəst buraxılması və Hörmüz boğazında təhlükəsizlik də daxil olmaqla, əsas məsələlər üzrə 30 günlük danışıqlar dövrünün başladılmasını əhatə edir.

Eyni zamanda, İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi Eyal Zamir bildirib ki, İsrail hərbçiləri İrana qarşı genişmiqyaslı əməliyyata yüksək hazırlıq vəziyyətindədirlər və ölkə üzrə əvvəlcədən hazırlanmış hədəflər siyahısı əldə ediblər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər