Şuşa təmsilçisi Çelenc Kubokuna qələbə ilə başlayıb
İdman
2356
25 Oct 2023 | 19:43

Şuşa təmsilçisi Çelenc Kubokuna qələbə ilə başlayıb

Kişi voleybolçulardan ibarət "Xarı Bülbül" komandası Çelenc Kubokunda mübarizəyə başlayıb.

Şuşa təmsilçisi 1/32 final mərhələsinin ilk oyununda Slovakiyanın "TJ Spartak" klubu ilə üz-üzə gəlib.

Bakıdakı Voleybol Mərkəzində reallaşan qarşılaşma Azərbaycan komandasının 3:0 (25:23, 25:21, 27:25) hesablı qələbəsi ilə yekunlaşıb.

Cavab görüşü sabah eyni arenada gerçəkləşəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər