Azərbaycanın gənclər və idman naziri rusiyalı həmkarı ilə görüş keçirib
Siyasət
2208
24 Oct 2023 | 21:08

Azərbaycanın gənclər və idman naziri rusiyalı həmkarı ilə görüş keçirib

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Fransanın paytaxtı Parisdə Rusiyanın idman naziri Oleq Matıtsinlə görüşüb.

Bu barədə Rusiya İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

Matıtsin Azərbaycan idmançılarını Rusiyada keçiriləcək beynəlxalq yarışlara dəvət edib.

Qeyd edək ki, oktyabrın 24-dən 26-dək YUNESKO-nun mənzil-qərargahında idmanda dopinqə qarşı beynəlxalq konvensiya tərəflərinin Konfransının 9-cu sessiyası keçirilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər