Blinken Dövlət Departamenti əməkdaşlarının Rusiya haqda bunu etmələrinə qadağa qoydu...
Ekskluziv
1892
27 Jun 2023 | 08:01

Blinken Dövlət Departamenti əməkdaşlarının Rusiya haqda bunu etmələrinə qadağa qoydu...

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken ABŞ Dövlət Departamentinin bütün dünya üzrə əməkdaşlarına Rusiyada üsyan cəhdi ilə bağlı şərh verməkdən çəkinməyi əmr edib.
 
Moderator.az xəbər verir ki, bu barədə  ABŞ-ın "Axios" xəbər portalı amerikalı rəsmilərə istinadla məlumat yayıb.
 
"Teleqramda Blinken Dövlət Departamentinin bütün əməkdaşlarından Rusiyadakı vəziyyəti heç kimlə müzakirə etməməyi tələb edib", - materialda belə deyilir.
 
O, həmçinin aydınlaşdırıb ki, xarici hökumətlərin nümayəndələri ABŞ diplomatlarına Rusiyada baş verən hadisələrlə bağlı sual versələr, onlar yalnız ABŞ-ın vəziyyəti izlədiyini söyləməlidirlər.
 
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov "RT"-yə müsahibəsində ABŞ-ın Moskvadakı səfiri Lin Treysinin Rusiya nümayəndələrinə Vaşinqtonun qiyam cəhdi ilə heç bir əlaqəsi olmadığına dair siqnallar ötürdüyünü bildirib.
 
Rusiya baş diplomatı Qərb mətbuatının xəbərlərini şərh edərkən ABŞ kəşfiyyatının qiyamın uğur qazanacağı ümidi ilə onun hazırlanmasından öncədən məlumatlı olması haqda danışmadığı  qənaətində olduğunu bildirib.
 
Sultan Laçın
Link kopyalandı!
Son xəbərlər