Səməd Seyidov: “Kanada nümayəndə heyəti ilə Ermənistanla aparılan danışıqları müzakirə etdik”
Siyasət
1436
22 Jun 2023 | 18:13

Səməd Seyidov: “Kanada nümayəndə heyəti ilə Ermənistanla aparılan danışıqları müzakirə etdik”

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən iclasında iştirak edən Azərbaycan nümayəndə heyəti Kanada nümayəndələri ilə Ermənistanla münasibətlərin normallaşması prosesini və iki ölkə arasında sülh danışıqlarının gedişini müzakirə edib.
 
Bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov tviterdə yazıb.
 
"AŞPA-da Kanada nümayəndə heyəti ilə maraqlı və məhsuldar görüşümüz oldu. Görüş zamanı regionda üzləşdiyimiz problemləri, həmçinin Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını müzakirə etdik", - o yazıb.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər