Ekskluziv
1785
19 Jun 2023 | 16:38

"Təhdid, yoxsa dəvət?.."

"Ağlınızı işlədin, sabah vətənə dönmək imkanınız olmaya bilər..."
 
"Ölkəni tərk edən rusiyalılara ikinci sort adamr kimi baxılır, onlara iş verilmir, uşaqları məktəblərdə təqib edilir, müəssisələri iflasa uğradılır..."
 
Rusiya Dövlət Dumasının spikeri ölkəni tərk edən rusiyalılara geri dönməyə çağırış edib, tezliklə belə imkanın ola bilməyəcəyinə eyham vurub
 
24 fevral 2022-ci ildən sonra ölkəni tərk edən rusiyalıların yarısı vətənə dönüb və "bu proses davam edir".
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiya parlamentinin aşağı palatasının spikeri Vyaçeslav Volodin sosisl şəbəkədə yazıb, bu zaman hər hansı mənbəyə istinad etməyib.
 
Spiker ölkəni tərk edənlərin, onun fikrincə, hansı çətinliklərlə üzləşdiyini sadalayıb. Volodin ölkədən gedənlərə "başlarını işə salmağa" çağırış edib və qeyd edib ki, "bu gün Qərbi Avropada qızışdırılan isteriya fonunda geriyə dönmək imkanı var, amma bu imkan olmaya da bilər".
 
Volodin rusiyalıların geriyə dönmə səbəbləri arasında onların Rusiyanın daha rahat şəraitinə dönməsinə qərar verdiyini qeyd edib. 
 
Həmçinin Qərbin bəzi dövlətlərində rusofob siyasətin mövcud olduğunu deyib. Volodinin sözlərinə görə, ölkəni tərk edən bir çox rusiyalılar özlərinə qarşı ikinci sort adamlar kimi münasibətlə üzləşib.
 
"Qərbi Avropada qızışdırılan isteriya fonunda sabah geriyə dönməyə imkan olmaya bilər", - Dövlət Dumasının spikeri deyib.
 
Volodin öz postunda ölkəni tərk edən rusiyalıların geriyə dönmək imkanını itirə biləcəkləri səbəbi uzah etməyib.
 
"Onlar ölkədən gedəndə, rahat olacaqlarını düşünüb. Heç demə, belə deyil. Onlara iş verilmir, uşaqları məktəblərdə təqib edilir, müəssisələri iflasa uğradılır", - spiker əlavə edib.
 
Volodin rusiyalılara Çexiya prezidenti Pyotr Pavelin "xaricdə yaşayan Rusiya vətəndaşlarını həbs düşərgələrinə göndərməyi təklif edən" bəyanatı ilə tanış olmağa çağırış edib.
 
Bundan öncə ölkəyə dönən rusiyalıların sayı barəsində Peterburq İqtisadi Forumu çərçivəsində Rusiya prezidentinin köməkçisi Maksim Oreşkin açıqlayıb.
 
"Əhalinin nikbinlik səviyyəsi rekord maksimuma çatıb. Bu meylin geriyə dönməsinə imkan verməmək vacibdir", - RBK nəşri Oreşkindən iqtibas gətirib.
 
"Meduza" nəşri 24 fevral 2022-ci ildən sonra Rusiyanı tərk edən vətəndaşlar barəsində rəsmi məlumatların olmadığını qeyd edib. Qeyri-rəsmi statistikaya görə, söhbət yüz minlərlə şəxsdən gedir.
 
Qeyd edək ki, "xüsusi hərbi əməliyyat" başlanandan rusiyalıların bir hissəsi xaricə üz tutub. Mühacirətin ikinci dalğası qismən səfərbərlik elan edildikdən sonra baş verib. Rusiyanı həmçinin bir çox "ulduzlar" da tərk edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər