“Türkün bayrağı” və “Lalələr” mahnıları haqqında bildiklərimiz və bilmədiklərimiz - VİDEO
Oxunub: 5471
06 Sep 2020 | 14:33
“Türkün bayrağı” və “Lalələr” mahnıları haqqında bildiklərimiz və bilmədiklərimiz  - VİDEO

Ermənilər “Türkün bayrağı” mahnısının musiqisinin (“Kamança” adıyla) Sayat Novaya məxsus olduğunu iddia edirlər…”

Abbasqulu NƏCƏFZADƏ

sənətşünaslıq elmləri doktoru, professor

İnsan həyatı bir nəğməyə bənzəyir. Həyatın hər dövrünə, bəzən anına  aid acılı-şirinli hisslər, o cümlədən hicran, həsrət, vüsal da bu nəğmənin notlarına hopur və insanı ömrü boyu müşayiət edir. “Nəğmələr insan taleyidir desək”, – heç də yanılmarıq. Hər bir mahnıda, təranədə, musiqidə insan keçdiyi həyat yolunun, ömrünün müəyyən anlarını, xatirələrini – özünü tapır…

Bəli, mahnılar, nəğmələr ruhun mənəvi qidasıdır. İnsan bəndəsi  özünü dərk etdiyi gündən musiqiyə bağlanır, bunda anaların  müstəsna rolu vardır:  körpələrin ilk eşitdiyi musiqi ana laylası, onun  nəğmə kimi səslənən nəvazişi, səsi, sevgi ifadəsidir.  Ana laylası  möhtəşəm və  ali musiqidir. Biz o fikirdəyik ki, Adəm peyğəmbərin ömür-gün yoldaşı, bəşəriyyətin ilk anası Həvva nənəmizin  övladları  Qabil və Habilə oxuduğu, söylədiyi yaylalar (laylalar) yer üzünün ilk nəğmələri sayıla bilər. Həmin nəğmələri Həvva nənə, eləcə də digər analar bu gün bizim muğam dediyimiz  (ərəblər – “makam” və ya “nuba”; Şimali Afrika ərəbləri (Əlcəzair, Tunis, Mərakeşdə) – istixbar; hindlilər – “raqa”; farslar – “dəstgah”; indoneziyalılar – “patet”; pakistanlılar – xəyyal; özbək və taciklər – “makom” və ya “şaşmakom”; türkmənlər – “mukam”; uyğur və tatarlar – “mani”; yaponlar – “qaqaku”; qazaxlar – “küy”; qırğızlar – “kü” və s.) bir janra əsasən oxumuşlar. Bu mədəniyyətin yaranmasında  xüsusən şərqli anaların rolu daha çoxdur.

Deməli, muğamların yaranma tarixi anaların söylədiyi ilk laylalar qədər qədimdir. Bəlkə ona görədir ki, bizim mahnılar, nəğmələr, musiqilər bu qədər əziz, sevimli və düşündürücüdür. Kökünü milli musiqidən alan Səfiəddin Urməvi (1216–1293), Əbdülqadir Marağalı (1353–1435), Üzeyir Hacıbəyli (1885–1948), Cəfər Cabbarlı (1899–1934), Əfrasiyab Bədəlbəyli (1907–1976), Səid Rüstəmov (1907–1983), Asəf Zeynallı (1909–1932), Hökümə Nəcəfova (1911–2002), Niyazi (1912–1984), Tofiq Quliyev (1917–2000), Cövdət Hacıyev (1917–2002), Qara Qarayev (1918–1982), Hacı Xanməmmədov (1918–2005), Əşrəf Abbasov (1920–1992), Cahangir Cahangirov (1921–1990), Fikrət Əmirov (1922–1984), Süleyman Ələsgərov (1924–2000), Şəfiqə Axundova (1924–2013), Ramiz Mustafayev (1926–2008), Oqtay Kazımi (1932–2010), Ramiz Mirişli (1934–2015), Vasif Adıgözəlov (1935–2006), Tamilla Məmmədzadə (1937–1997), Emin Sabitoğlu (1937–2000) və başqa bəstəkarlar xalqımıza bir-birindən gözəl, dəyərli musiqi əsərləri, bəstələr bəxş etmişlər. Həmin ənənə bu gün də davam etdirilir.

Bu məqalədə unudulmaz iki mahnının – “Türkün bayrağı” və “Lalələr”in yaranma tarixçəsi haqqında oxuculara bilgi vermək istəyirəm. Hər iki mahnının poetik mətni “Min bir mahnı” adlı kitabda yer almışdır.

(Babayev R.X. Min bir mahnı. VI nəşr. B.: MBM, 2012, s. 300, 471)

 

Haqqında danışdığımız kitabda “Türkün bayrağı” (yaxud “Çırpınırdın Qara dəniz”) adı ilə təqdim edilən mahnının sözləri görkəmli şair, tərcüməçi, professor Əhməd Cavada (tam adı: Axundzadə Cavad Məhəmmədəli oğlu, 1892–1937), musiqisi isə dahi bəstəkar Üzeyir Hacıbəyliyə (1885–1948) məxsus olduğu bildirilir.

Ə.Cavad bu şeiri 1914-cü ilin dekabr ayının 14-də Gəncədə yazmışdır.

(Cavad Ə. Seçilmiş əsərləri. B.: Şərq-Qərb, 2005, s. 140)

Üzeyir Hacıbəyli həmin mətnə 1918-ci ildə musiqi bəstələmiş və mahnı tezliklə dillər əzbəri olmuşdur.

“Çırpınırdın Qara dəniz” şeirinin yaranması ilə bağlı maraqlı məqamlar türkiyəli alim dr. Mustafa Görüryılmazın “Türk Qafqaz İslam Ordusu və ermənilər (1918)” adlı kitabında yer almışdır:

Birinci dünya müharibəsində dəniz qüvvələri polkovniki olan Rauf Orbay (tam adı: Hüseyn Rauf Orbay, 1881–1964, Atatürkün ən sadiq silahdaşı – A.N.) “Hamidiyə” hərbi gəmisi ilə Qara dənizdəki Odessa limanında yerləşən rus hərbi bazasına gecə hücumu təşkil etmişdi. Rusların “Kazbek” adlı hərb gəmisi batırılmış, “Kaqula” adlı gəmiyə də böyük zərər vurularaq yararsız hala gətirilmişdi. Bu müvəffəqiyyət Türkiyədə olduğu qədər Azərbaycanda da böyük sevinc yaratmışdı. Əhməd Cavad bu barədəki hisslərini bir şeirlə dilə gətirmişdi”.

(Dr. Mustafa Görüryılmaz. Türk Qafqaz İslam Ordusu və ermənilər (1918). B.: Qismət, 2008, s. 295-296)

Şeirin ilkin və sonradan əlavə edilmiş bəndləri ilə birlikdə, yəni tam mətnini təqdim edirik:

Çırpınırdın Qara dəniz

Çırpınırdı Qara dəniz

Baxıb Türkün bayrağına!

“Ah!…” deyərdim, heç ölməzdim

düşə bilsəm ayağına!

Ayrı düşmüş dost elindən,

İllər var ki, çarpar sinən!..

Vəfalıdır gəldi, gedən,

Yol ver Türkün bayrağına!

İncilər tök, gəl yoluna,

Sırmalar səp sağ, soluna!

Fırtınalar dursun yana,

Salam Türkün bayrağına!

“Həmidiyyə” o Türk qanı!

Heç birinin bitməz şanı! “

Kazbek” olsun ilk qurbanı!

 Heyran Türkün bayrağına!

Dost elindən əsən yellər,

Bana şeir, salam söylər!

Olsun bizim bütün ellər

Qurban Türkün bayrağına!

Yol ver Türkün bayrağına!!

Qafqazlardan aşacağız,

Türklüyə şan qatacağız.

Türkün şanlı bayrağını,

Yüksəklərə asacağız.

Sırmalar sarsam qoluna,

İncilər düzsəm yoluna,

Fırtınalar dursun yana,

Yol ver Türkün bayrağına!

Türk elindən əsən yellər,

Sənə şirin salam söylər.

Olsun bütün Qafqaz ellər,

Qurban Türkün bayrağına!

Sovet dövründə bu mahnının poetik mətninə görə Əhməd Cavadın başı çox müsibət çəkmiş, 1937-ci ildə ona qarşı  saxta ittihamla məhkəmə qurulmuşdur: 12 oktyabrda başlanan məhkəmə cəmi 15 dəqiqə davam etmiş və  oktyabrın 12-dən 13-nə keçən gecə şairi güllələmişdilər…

Buna qədərsə onun müasirləri olan qələm “dost”ları mətbuatda əleyhinə yazılarla çıxmışdılar. Akademik Bəkir Nəbiyev (1930–2012) “Əhməd Cavad” adlı əsərində Əhməd Cavadın həbs edilməsindən sonra mətbuatda onun əleyhinə verilmiş yazıların əsl mahiyyətini başa düşmək üçün təkcə materialların sərlövhələrini oxumaq kifayət etdiyini bildirir.

O, bu qəbildən olan “Sonadək ifşa etməli” (Abdulla Faruq), “Sıralarımızda düşmənlərə yer yoxdur” (Ağahüseyn Rəsulzadə), “Sıralarımızı təmizləyəlim!” (Cəfər Xəndan), “Təmizliyə başlanmalıdır!” (Məmməd Səid Ordubadi), “Səhvlərimiz haqqında” (Səməd Vurğun), “Sayıqlığın kütləşdiyi yerdə” (Seyfulla Şamilov) və s. sərlövhəli məqalələri və müəlliflərin adlarını qeyd edir (Nəbiyev B.Ə. Əhməd Cavad. B.: Ozan, 2004, s. 29).

Ermənilər “Türkün bayrağı” mahnısının musiqisinin (“Kamança” adıyla) Sayat Novaya məxsus olduğunu iddia edirlər.

Mən 1976-cı ildə Hüseynqulu Sarabski (keçmiş Şaumyan) adına Mədəniyyət Evində əmək fəaliyyətimə “milli üçlük”də kamança ifaçısı kimi başlamışam. Erməni müğənniləri bu mahnını konsertlərdə “Kamança” adıyla oxuyurdular.

Həmin illərdə tanınmış parodiyaçı, “Tərəqqi” medallı rəhmətlik Həsən Cəbrayılov (1949–2019) “Türkün bayrağı” mahnısının sözlərinin Əhməd Cavadın, musiqisinin isə Ü.Hacıbəylinin olduğunu bizə söyləmişdi. Həsən müəllim bu mahnını özünəməxsus şəkildə ifa edirdi. Bu, Türkiyədə himnə çevrilmiş mahnılardandır. Hətta Həsən müəllim sonuncu bəndi “Türkün şanlı bayrağını Moskovoya asacağız” şəklində oxuyurdu.

Əlbəttə, o, mahnını bu şəkildə öz aramızda ifa edirdi. Mən türkçülüyün simvollarından biri olan Boz qurd, eləcə də Ərkənəkon (Tanrı dağı) haqqında da ilk dəfə Həsən müəllimdən eşitmişdim. Onda mənim 17 yaşım vardı, musiqi texnikumunda oxuyurdum…

İllər ötdü, 1990-cı ildə qanlı yanvar hadisələrindən sonra   Milliyyətçi Hərəkat Partiyasının Genel Başqanı, rəhmətlik Alparslan Türkeş (1917–1997) bizi bir qrup tanınmış sənətkarlarla bərabər Türkiyəyə dəvət etmişdi. Həsən Cəbrayılovla birgə ən böyük şəhərlərdə konsertlər verirdik. SSRİ hələ dağılmamışdı, Həsən konsertlərdə indi populyar müğənni olan Səyyad Əlizadə ilə birgə “Türkün bayrağı” mahnısını ifa edirdi. Tamaşaçılar da onlara qoşulub bu mahnını böyük coşqunluqla oxuyurdular.

Bu hadisəni xatırlatmaqda məqsəd odur ki, hələ 1976-cı ildə ermənilər Bakının mərkəzində oturub bizim mahnıları özəlləşdirirdilər. Onlara “gözün üstə qaşın var” deyən də yox idi. Əslində bu mahnı ilə bağlı həmin dövrdə mübahisə aparmaq da mümkün deyildi. “Türkün bayrağı” siyasi mahnı olduğundan və poetik mətni sovet rejiminin ideologiyasına uyğun gəlmədiyindən biz susurduq. Ermənilər isə bundan məharətlə bəhrələnirdilər. Təkcə bu mahnı deyil, Cəfər Cabbarlının bəstələdiyi “Nuru Paşa” rəqsi sovet dövründə unudulmasın deyə “On dördü” adı ilə ifa olunurdu. Ermənilər də bu sözü öz dillərinə tərcümə edib “Dasni çors” adı ilə erməni rəqsi kimi ifa etməyə başladılar.

H.Cəbrayılov söyləyirdi ki, uşaq olanda böyüklərdən “Mustafa Kamal Paşa” adlı mahnı da eşidibmiş. Sonralar bu mahnı “Xoşbəxtlik” (yaxud “Volqa”) adlı rəqs kimi lentə alınıb…

Ermənilər “Kamança” adlandırdıqları “Türkün bayrağı” mahnısının musiqisinin bir də “Daşnaksütyun” partiyasının himni olduğunu iddia edirlər. Qəribədir, gah deyirlər ki, bu mahnını Sayat Nova bəstələyib, gah da daşnakların himni olduğunu bildirirlər. Belə çıxır ki, daşnak partiyasını XVIII əsrdə yaşamış Sayat Nova yaratmışdır. Bilindiyi kimi, “Daşnaksütyun” adlı “partiya”,  əslində terror təşkilatı 1891-ci ildə yaradılmışdır.

Gülməlidir, deyilmi? Lakin, bəlkə də ağlamalıdır…

İndi isə “Lalələr” mahnısına nəzər salaq

Dr. Mustafa Görüryılmaz bu mahnı ilə bağlı yazır:

Qafqaz dağlarında oxunan bir mahnı var: “Lalələr”. Dinləyənləri şad edir. Qafqazdan yüksələn türklərin imdadına, fəryadına çatan Anadolu övladları üçün, qəhrəman Mehmetcik üçün bir nəğmə yazılmışdı. Bu nəğmənin adı “Lalələr” idi. Qəhrəman Mehmetciyin başına geydiyi “şapka”nın ucları yuxarı qalxmış və sivri idi. Bu başlıq azərbaycanlılar tərəfindən laləyə bənzədilmişdi. Türklərin milli sazlarından tar kimi, milli “şapka”lardan qalpaq kimi, Novruz bayramı kimi “Lalələr” mahnısı da sovet rejimində bəzilərinin xoşuna gəlmədi. Bir ara qadağan olundu. Ancaq bu mahnının sözləri 1937-ci ildə tamam dəyişdirildi”.

(Dr. Mustafa Görüryılmaz. Türk Qafqaz İslam Ordusu və ermənilər (1918). B.: Qismət, 2008, s. 289)

Haqqında danışdığımız “Lalələr” mahnısı ötən əsrin 70-ci illərində sözləri Aslan Aslanova (1925–1995) və musiqisi Telman Hacıyevə (1935–2003) aid edilərək lentə alınmışdır. Dr. Mustafa Görüryılmaz dediyi kimi, 1937-ci ildən sonra “Lalələr” mahnısını ifa etmək qadağan edilmişdi. Daha sonralar ilkin mətn dəyişdirilib mahnıya yeni həyat verilmişdi.

Qədim “Anacan” mahnısını Süleyman Ələsgərov (1924–2000), “Reyhan”ı Fikrət Əmirov (1922–1984) ortaya çıxartdığından, onlar hələ də bu mahnıların müəllifi kimi efirdə təqdim olunur. “Lalələr” mahnısı da həmin taleyi yaşayır: Telman Hacıyev heç anadan olmadığı illərdə yaranmış bu mahnı onun bəstəsi kimi efirlərdə anons edilir…

Türkiyənin musiqi  telekanalı “KRAL TV“də tanınmış sənətçi Orhan Hakalmaz “Türkü gecəsi” verilişində “Lalələr” mahnısını ifa edib və ifadan sonra deyib:

Bu, bir azəri (red: Azərbaycan) türküsüdür və Azərbaycana gedən türk əsgərlərinin şərəfinə oxunub, axı onlar başlarına qırmızı papaq qoymuşdular…”

Professor Xanım Xəlilova da Türkiyə telekanallarının birində “Lalələr” mahnısının 1918-ci ildə xilaskar Türk Qafqaz İslam Ordusunun şərəfinə oxunduğunu bildirmişdir.

Lalələr

Yazın əvvəlində Gəncə çölündə,

Çıxıblar yenə də dizə lalələr.

Yağışdan islanan yarpaqlarını,

Səriblər dərəyə, düzə lalələr.

 

Xəyalımdan nələr gəlib, nə keçər,

Yaz gələr, ellərə durnalar köçər.

Bulaqlar simavər, ağ daşdan çəkər.

Bənzəyir çəməndə közə lalələr.

Meylim üzündəki qara xaldadır,

Hicranın əlacı ilk vüsaldadır.

Nə vaxtdır Bakının gözü yoldadır,

Bir qonaq gələsiz bizə, lalələr.

“Lalələr” mahnısının yaranma tarixçəsi haqqında Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan da kiçicik fərqlə AzTV-də canlı yayım zamanı bilgi vermişdir:

Göründüyü kimi, tarix hər şeyi öz yerinə, qaydasına qoyur. Təqdim etdiyimiz hər iki mahnı Azərbaycanda sovet hökuməti qurulmazdan əvvəl, daha dəqiqi, bolşeviklərin Azərbaycan Cümhuriyyətini işğal etməsindən öncəki illərdə yaranmışdı.

İllər ötdü, Azərbaycan xalqı öz müstəqilliyini bərpa etdi. Tarixin qaranlıq səhifələrinə yenidən Günəş gur şəfəqlərini saçdı:  musiqimizin də dünənindən bu gününə bir aydınlıq gəldi. Bununla belə, hər sahədə, o cümlədən musiqi tariximizdə də ifşa olunmalı yalanlar, üzə çıxarılmalı  həqiqətlər, aydınlaşdırılmalı qaranlıqlar hələ də qalmaqdadır.  Bu tarixi və zəruri  missiyanı Azərbaycanın ziyalıları, sahələr üzrə alimləri usanmadan həyata keçirməlidirlər.

Oxşar xəbərlər
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:19
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 22:31
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 22:03
Çində mutant Ebola virusu yaradıldı
06 May 2024 | 22:02
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:38
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
06 May 2024 | 19:22
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
06 May 2024 | 19:21
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
06 May 2024 | 19:20
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:18
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:13
Rusiya XİN Qərbə xəbərdarlıq edib
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
06 May 2024 | 18:49
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 18:43
Putin Paşinyanla görüşəcək
06 May 2024 | 18:09
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:52
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:30
Bakı dünyanın “İdman paytaxtı” seçildi
06 May 2024 | 17:25
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
06 May 2024 | 17:20
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 17:15
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
06 May 2024 | 17:10
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
06 May 2024 | 17:05
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
06 May 2024 | 17:00
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
06 May 2024 | 16:55
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 16:50
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
06 May 2024 | 16:45
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
06 May 2024 | 16:40
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
06 May 2024 | 16:34
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
06 May 2024 | 16:28
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
06 May 2024 | 16:23
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
06 May 2024 | 16:22
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
06 May 2024 | 16:16
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
06 May 2024 | 16:10
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
06 May 2024 | 16:05
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
06 May 2024 | 16:00
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
06 May 2024 | 15:56
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
06 May 2024 | 15:50
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
06 May 2024 | 15:46
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
06 May 2024 | 15:40
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
06 May 2024 | 15:35
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
06 May 2024 | 15:30
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
06 May 2024 | 15:25
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
06 May 2024 | 15:20
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
06 May 2024 | 15:15
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
06 May 2024 | 15:10
Almaniya Rusiyadakı səfirini geri çağırdı
06 May 2024 | 15:05
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
06 May 2024 | 15:00
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
06 May 2024 | 14:56
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
06 May 2024 | 14:54
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
06 May 2024 | 14:52
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 14:49
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
06 May 2024 | 14:46
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
06 May 2024 | 14:44
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
06 May 2024 | 14:38
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
06 May 2024 | 14:34
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
06 May 2024 | 14:30
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
06 May 2024 | 14:26
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
06 May 2024 | 14:23
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
06 May 2024 | 14:19
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
06 May 2024 | 14:12
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
06 May 2024 | 14:10
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
06 May 2024 | 14:05
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
06 May 2024 | 14:00
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
06 May 2024 | 13:56
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
GÜNLÜK
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 06:00
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 06:00
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər