Azərbaycana qarşı məkrli plan var, Qarabağla bağlı... – Sabiq nazirdən İLGİNC şərh
Müsahibə
278
15:47, Bu gün

Azərbaycana qarşı məkrli plan var, Qarabağla bağlı... – Sabiq nazirdən İLGİNC şərh

Moderator.az xəbər verir ki, Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin bugünkü suallarını sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov cavablandırıb. Həmkarımız politoloqla söhbətdə Azərbaycan nümayəndə heyətinin İrəvana səfəri, sülh gündəliyi və Ermənistan seçkiləri ilə bağlı danışıb. Müsahibəni təqdim edirik:
 
- Tofiq müəllim, baş nazirin müavini və heyəti İrəvandadır. Yəqin ki, oxşar səfər Bakıya da olacaq. Sizcə, bu təmaslar yekun sülh müqaviləsinin imzalanmasını yaxınlaşdırırmı?
 
- Müsbət haldır ki, belə görüş keçirilir. Ancaq ilk dəfə deyil ki, rəsmi şəxslər arasında danışıqlar olur. Hətta müharibə vaxtı da müzakirələr baş tutub. Biz bu hadisələri sülhə təkan verən addımlar kimi qiymətləndirməliyik. Sadəcə, açıq demək lazımdır ki, Ermənistanda seçkilər ərəfəsində tərəflər bundan istifadə edəcəklər. Xüsusən də Paşinyan və komandası sülhün təbliğatını gücləndirəcək. Ümumiyyətlə, Paşinyan seçki kampaniyasında sülh gündəmini istifadə edir, Azərbaycanı qıcıqlandıran mövzulara toxunmur. Amma müxalifət köhnə, real görünməyən tezisləri irəli sürür. Əsas da Qarabağa aid fikirlər səsləndirilir. Paşinyan isə onun əksinə, digər siyasəti aşılayır. Onların məqsədi budur ki, Ermənistanın SSRİ dövründə olan sərhədlərini Azərbaycan da tanısın. Çünki vaxtında imtina ediblər və bizə qarşı ərazi iddiaları irəli sürüblər. Hətta Alma-Atı bəyannaməsini qəbul etməyiblər. İndi isə sovet vaxtı qeyri-qanuni verilən əraziləri qanuniləşdirmək istəyirlər. Ona görə Paşinyan dayanmadan sülh meylli bəyanatlar verir. Onun rəqibləri isə Qarabağ məsələsini ərazi məsələsi kimi yox, insan hüquqları problemi kimi gündəmə gətirməyə çalışır. Necə ki, vaxtilə Türkiyəyə qarşı soyqırımı iddiasını irəli sürüblər, indi də Azərbaycana qarşı gələcəkdə bu planı reallaşdırmaq istəyi var. Odur ki, Ermənistan lazımı şərtləri yerinə yetirməsə, Azərbaycan öz maraqlarına uyğun addımlar atacaq.
 
- Bu addımlar nə ola bilər, siz növbəti müharibəni nəzərdə tutursunuz?
 
- Gəlin, erməni cəmiyyətində radikalların, revanşistlərin apardığı təbliğata baxaq. Onların bu təbliğatının nəticəsi nə olacaq? Ümumiyyətlə, erməni cəmiyyəti sülhə hazırdır, yoxsa yox? Bəlkə görüntü yaratmağa xidmət edir? Bizə onların məqsədi bəllidir - Qarabağ mövzusunu dondursunlar, əvəzində SSRİ Ermənistan əraziləri suveren torpaqları kimi tanınsın və Türkiyəyə qarşı olan qondarma soyqırımı iddialarını Qarabağdan gedən ermənilərlə bağlı eynilə Azərbaycana qarşı gündəmə gətirsinlər. Yəni Nyu-York merinin bəyanatı şəklində addımların atılması mümkündür. Bəlkə də TRİPP layihəsindən da imtina edəcəklər.
 
- O zaman bu təbliğatı aparan qüvvələrin seçkilərdə qələbə riski nə qədərdir və ya Paşinyan seçkini uduza bilərmi?
 
- Müxalifətin reallıqda dəstəyi yoxdur. Kremldə keçirilən görüşdən başa düşdüm ki, Paşinyan Moskvanın maraqlarını təmin edən siyasətçidir. Əgər elə olmasaydı, 9 il hakimiyyətdə qalmazdı. İndi də Rusiya real vəziyyəti nəzərə alaraq, qapalı şəkildə dəstək verir. O ki qaldı guya müxalifət Rusiyadan dəstək alır, bu, nisbidir. Onlar Qarabağ məsələsini siyasi gündəmdə saxlamaq üçün seçkilərdən istifadə edirlər. Yaxşı bilirlər ki, seçkilərdə qələbə mümkün deyil. Hətta qalib gəlsələr də, Rusiyanın 90-cı illərdə ermənilərə verdiyi dəstəyi indi onlara göstərmək imkanı yoxdur. Yəni Qarabağın ərazi kimi ermənilərə təzədən verilməsi mümkün deyil. Ona görə də ermənilərin Qarabağa qayıdışını daha çox gündəmə gətirirlər, Zəngəzur dəhlizini imtina etməyə çağırırlar...
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər