Nadir tısbağaları sərhəddən keçirməyə cəhd edən qadın saxlanıldı - FOTO
Dünya
139
17:37, Bu gün

Nadir tısbağaları sərhəddən keçirməyə cəhd edən qadın saxlanıldı - FOTO

Tailandın Suvarnabhumi beynəlxalq hava limanında üzərində dövlət tərəfindən qorunan 30 ədəd ulduzlu tısbağa tapılan 19 yaşlı Tayvan vətəndaşı saxlanılıb.

Moderator.az xəbər verir ki, bu barədə məlumatı "The Pattaya News" nəşri yayıb.

"Gömrükçülər, hava limanının təhlükəsizlik xidməti və immiqrasiya polisi ilə birgə yoxlama postunda qadının hərəkətlərindən şübhələniblər. Aparılan diqqətli yoxlama nəticəsində onun geyimi altında gizlədilmiş tısbağalar aşkar edilib", - deyə açıqlamada qeyd olunub.

Məlumata əsasən, şübhəli şəxs heyvanların hərəkət etməsinin qarşısını almaq üçün onları kiçik parça torbalara qoyub və yapışqanlı lent vasitəsilə birbaşa öz bədəninə bərkidib. Yazıda bildirilir ki, tapılan 30 ulduzlu tısbağadan 29-u sağ qalsa da, biri tələf olub. Vətəni Hindistan olan bu heyvan növü ekzotik canlıların qara bazarında böyük populyarlığa malikdir və bəzi fərdlər olduqca yüksək məbləğlərə satıla bilər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər