18:24
10°C
Bakı
ABŞ Prezidenti Donald Tramp ona qarşı edilmiş uğursuz sui-qəsd cəhdindən sonra ictimai tədbirlərdəki iştirakını dayandırmaq fikrində deyil.
Moderator.az xəbər verir ki, bu barədə "NBC News" telekanalı məlumat yayıb.
Telekanal ABŞ liderinin yaxın ətrafına istinadən bildirib ki, Tramp son hadisənin onun prezidentlik yanaşmasını dəyişməsinə icazə verməyəcək. Telekanal, həmçinin əlavə edib ki, dövlət başçısının ictimai çıxışlarının qrafikində heç bir dəyişiklik edilməyəcək.