Makron Böyük Britaniya kralının fikirlərini dəstəklədi - FOTO
Dünya
134
17:15, Bu gün

Makron Böyük Britaniya kralının fikirlərini dəstəklədi - FOTO

Fransa Prezidenti Emmanuel Makron Böyük Britaniya Kralı III Çarlzın Ağ Evdə ABŞ Prezidenti Donald Trampa "Əgər biz olmasaydıq, o zaman siz özünüz fransızca danışmalı olardınız" cavabına reaksiya verib.

Moderator.az xəbər verir ki, bu barədə Fransa lideri "X" hesabında paylaşım edib.

O, Kralın fikirlərinə "Möhtəşəm olardı" deyə cavab verib.

Makron Böyük Britaniya kralının fikirlərini dəstəklədi - FOTO - VİDEO

Xatırladaq ki, Ağ Evdə təşkil olunan rəsmi ziyafətdə Birləşmiş Krallığın rəhbəri Trampın yanvar ayında səsləndirdiyi "İkinci Dünya müharibəsində ABŞ-nin qələbəsi olmasaydı, hər kəsin alman, bəlkə də qismən yapon dilində danışardı" fikirlərə münasibət bildirib. Monarx ABŞ-nin müstəqillik əldə etməsindən öncə Şimali Amerika uğrunda Fransa və Böyük Britaniya arasındakı tarixi mübarizəni xatırladaraq, "Mən isə əminliklə söyləyə bilərəm ki, əgər biz olmasaydıq, o zaman siz özünüz fransızca danışmalı olardınız" - deyə reaksiya verib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər