Bakı bu ssenariyə də hazırdır: İstənilən vaxt cavab zərbəsi endirilə bilər - MÜSAHİBƏ
Müsahibə
350
11:34, Bu gün

Bakı bu ssenariyə də hazırdır: İstənilən vaxt cavab zərbəsi endirilə bilər - MÜSAHİBƏ

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mübariz Qurbanlı Teleqraf-ın suallarını cavablandırıb.
 
Moderator.az həmin müsahibəni təqdim edir:
 
- Mübariz müəllim, Ermənistanda bu ilin yayında keçirilməsi nəzərdə tutulan parlament seçkiləri öncəsi fərqli qütblər arasında gərginlik pik həddə çatmaqdadır. Bu gərginlik fonunda maraqlı olan kənar qüvvələrin seçkinin nəticələrinə təsir imkanlarını necə dəyərləndirirsiniz?
 
- Bu ilin yayında Ermənistanda keçiriləcək seçkilərlədə iki əsas xətt özünü göstərməkdədir. Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi indiki hakimiyyət seçkilərdə qalib gəlmək üçün geniş təbliğat-təşviqat kampaniyası həyata keçirir. Əsas təbliğat xətti də ondan ibarətdir ki, Ermənistan mövcud olduğu bölgədəki reallıqla barışmalıdır. Azərbaycanın 2020-ci ildə 44 günlük müharibədəki qəbələsi və 2023-cü ilin sentyabr ayındakı bir günlük lokal antiterror tədbirləri yeni bir reallıq formlaşdırıb. Məhz bunun nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Eyni zamanda Azərbaycanın və Ermənistanın qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyün qəbul etməsi, bunun ardınca 2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan və ABŞ Prezidentlərinin, Ermənistanın Baş nazirinin iştirakı ilə sülh sənədinin paraflanması atılan ən böyük addımlardan biri idi. Hazırkı mərhələdə sülh danışıqlarının davam etməsi, Azərbaycanın haqlı tələblərinin həllini tapması nəticə etibarı ilə Bakı ilə İrəvan arasıdan münasibətləri sülh müstəvisində davam etdirməyə imkan verəcək.
 
- Bakının sülh gündəliyi və buna adekvat olan yanaşmalara münasibəti necədir?
 
- Azərbaycan tərəfi sülh gündəliyinə sadiq qalaraq bir sıra məsələlərin daha tez həlli üçün lazımı addımları atmaqdadır. Bakı ilə İrəvan arasında yekun sülh sazişi imzalanmadan Azərbaycan ərazisindən Ermənistana yüklərin daşınmasına razılıq verilib. Artıq ölkəmizin ərazisindən keçməklə Ermənistana bəzi məhsulların daşınması təmin edilir. Eyni zamanda Azərbaycandan da Ermənistana müəyyən məhsulların göndərilməsi həyata keçirilir. Bu yaxınlarda ölkəmizdə səfərdə olan Latviya Prezidenti ilə görüşündə də Prezident İlham Əliyev Ermənistanla mümkün sülh sazişinin imzalanması istiqamətində Azərbaycanın sərgilədiyi mövqeni bir daha diqqətə çatdırdı. Bu xüsusda regional kommunikasiya xəttlərinin açılması məsələləri bir daha önə çəkildi. Bütün bunların fonunda Azərbaycan sülhlə bağlı məsələlərdə bütün öhdəlikləri yerinə yetirməkdədir. Sözsüz ki, Azərbaycan sülh tərəfdarı olsa da, istənilən təhdidə qarşı özünün imkanlarını da qoruyub saxlayıb. Ölkəmiz sülh və əmin-amanlıq tərəfdarıdır. Üç Qafqaz ölkəsi (Azərbaycan, Gürcüstan, Ermənistan) arasında sülh və əməkdaşlıq mövcud olmalıdır. Prezident İlham Əliyev Gürcüstana səfəri zamanı da bu məsələyə də toxunmuşdu.
 
Təbii ki, Ermənistanda revanşistlərin hakimiyyəti qəsb etməsi sonrası baş verəcək hərəkətlərə Azərbdyacanın yanaşması adekvat olacaq. Bakı bu ssenariyə də hazırdır. Azərbaycana qarşı hər hansı bir təxribat baş verəcəyi təqdirdə istənilən yerdə, istənilən vaxt cavab zərbəsi endirməyə hazır olduğunu əyani şəkildə göstərib. Yenidən bunu sübut etməyə Azərbaycanın gücü, qüdrəti var. Bütün bunların fonunda Ermənistandakı proseslərin gedişi də diqqət mərkəzindədir.
 
- Hazırda Ermənistanda seçki öncəsi daha çox hansı tezislər gündəmə gətirilir?
 
- Ermənistanda mövcud olan digər qruplaşmalar revanşistləri təmsil edir. Onların çıxışlarında köhnə “tezislər” özünü daha çox göstərir. Bu cür yanaşmalar Azərbaycan və Türkiyə ilə münasibətlərə xələl gətirməyə hesablanıb. Son günlər Ermənistanda revanşistlər qondarma soyqırım adı altında müəyyən “tədbirlər” keçiməyə cəhdlər edirlər. Bu da həmin qrupların “təbliğat və təşviqatının” bir qanadıdır. Sadəcə olaraq, Ermənistanda revanşistlərin hansısa bir formada hakimiyyəti ələ almasının ağır nəticələrə səbəb olacağı bu ölkədə əksəriyyət tərəfindən dərk olunmaqdadır. Paşinyan komandasının da təbliğatı bununla bağlıdır ki, revanşistlər seçkidə uğur qazansalar yenidən müharibə başlaya bilər. bununla da Ermənistanın dövlətçiliyi təhlükə ilə üzləşəcək.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər