Xalq artisti Akif İslamzadənin VƏZİYYƏTİ AÇIQLANDI
Mədəniyyət
160
11:43, Bu gün

Xalq artisti Akif İslamzadənin VƏZİYYƏTİ AÇIQLANDI

"Xalq artisti Akif İslamzadənin vəziyyəti ağır stabil olaraq qalır".
 
Moderatora.z xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana anesteziya-reanimasiya şöbəsinin rəisi Tural Sadıqov bildirilib.
 
"Xəstənin vəziyyətində müsbət dinamika müşahidə edilir. Huşu aydındır. Dərmanların fonunda təzyiqi normal saxlanılır. Miokard infarktı diaqnozu ilə müalicəsi davam etdirilir", - deyə həkim bildirib.
 
Xatırladaq ki, 77 yaşlı Xalq artisti Akif İslamzadə infarkt keçirməsi səbəbindən xəstəxanaya yerləşdirilib. O, Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsində müalicə alır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər