İran ətrafında münaqişə başlayandan bəri ilk dəfə Azərbaycan nefti Yaponiyaya çatdırıldı
İqtisadiyyat
121
12:48, Bu gün

İran ətrafında münaqişə başlayandan bəri ilk dəfə Azərbaycan nefti Yaponiyaya çatdırıldı

İran ətrafında yaranmış gərginlikdən sonra ilk dəfə olaraq Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Yaponiyanın ictimai televiziyası məlumat yayıb.
 
Məlumata görə, nefti ölkənin ən iri yanacaqdoldurma stansiyaları operatorlarından biri olan "ENEOS" neft emalı şirkəti idxal edib. Tankerlə gətirilən təxminən 45 min kilolitr neft Yaponiyanın gündəlik neft istehlakının 16 faizini təşkil edir. Azərbaycan neftinin alışı Hörmüz boğazında gəmilərin hərəkəti ilə bağlı yaranmış problemlər fonunda tədarük marşrutlarının diversifikasiyası çərçivəsində həyata keçirilir.
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər