Çəkilməsi üçün şəhərin bir hissəsi sökülən film - Maraqlı faktlar
Maraqlı
266
11:18, Bu gün

Çəkilməsi üçün şəhərin bir hissəsi sökülən film - Maraqlı faktlar

90-cı illərin ortalarında fırtınalı hava haqqında ən məşhur və həyəcanverici filmlərdən birinin ekranlaşdırması işıq üzü görüb.
 
Moderator.az Lent.az-a istinadla rejissor Yan de Bontun “Twister” macəra filminin çəkilişləri ilə bağlı maraqlı faktları təqdim edir.
 
Tam 30 il əvvəl, 1996-cı ildə metereoloji mövzuda son onilliklərin ən kult filmlərindən biri olan rejissor Yan de Bontun "Twister" filmi ekranlara çıxıb. Ekran işi "Ən yaxşı vizual effektlər" və "Ən yaxşı səs" kateqoriyalarında iki dəfə Oskara namizəd göstərilib. Filmin istehsal büdcəsi 92 milyon dollar, dünya üzrə kassası isə 494 milyon dollar olub. Aşağıda bu filmlə bağlı bəzi maraqlı məqamlarla tanış ola bilərsiniz.
 
Baş rol aktyoru Bill Pekston 2017-ci ildə vəfat etdikdən sonra, ABŞ-da qasırğaları öyrənən "Spotter Network" təşkilatı yüzlərlə "qasırğa ovçusu"nun GPS trekerlərindən istifadə edərək efirdə "BP" (Bill Paxton) hərflərini əks etdirdi. Bu şəkildə ehtiram cəmi beş dəfə göstərilib və Pekston "qasırğa ovçusu" olmayıb bu şərəfə layiq görülən ilk insan olub.
 
"Twister" ABŞ-da DVD formatında çıxan ilk bədii filmdir. Ssenarini təkmilləşdirən Coos Uidon ("Qisasçılar") və Stiven Zellian ("Şindlerin siyahısı") həftəlik 100 min dollar maaş alsalar da, adları titrlərdə qeyd olunmayıb. Film "Konqo", "Sfera" və "Yura dövrü parkı" kimi əsərlərin müəllifi Maykl Kraytonun ssenarisi əsasında çəkilib. Krayton və həyat yoldaşı bu işə görə 2 milyon dollar qazanıblar.
 
Çəkiliş qrupu Vakita şəhərciyinin mərkəzinin bir hissəsini söküb, lakin çəkilişlərdən sonra hər şey bərpa olunub və sakinlərə narahatlığa görə təzminat ödənilib. Bill Pekstonun sözlərinə görə, o, çəkiliş boyu icraçı prodüser Stiven Spilberqlə heç vaxt qarşılaşmayıb; Spilberq yalnız il yarım sonra bir tədbirdə ona yaxınlaşaraq gətirdiyi qazanca görə təşəkkür edib.
 
Maraqlı bir fakt da odur ki, filmdə maşının yanından uçub keçən kompüter qrafikalı inək, cəmi bir neçə gün əvvəl "Cumanci" filmindəki zebr olub. Film yüksək keyfiyyətli səs effektlərinə görə ABŞ kinoteatrlarında bir çox dinamiki sıradan çıxarması ilə də tanınır.
 
Çəkilişlər zamanı aktrisa Helen Hant avtomobil qapısının başına çırpılması nəticəsində boyun travması alıb. Baş rol üçün əvvəlcə Tom Henks nəzərdə tutulsa da, iş qrafiki uyğun gəlməyib. Rejissor Ceyms Kemeron isə Bill Pekstonu məhz "cənublu kökləri" olduğu üçün tövsiyə edib.
 
Filmin əvvəlində Helen Hantın obrazının atasının sağ qalması planlaşdırılırdı, lakin Spilberq müdaxilə edərək ölüm səhnəsinin tornado təhlükəsini daha real göstərəcəyini və qızın qasırğalara olan aludəçiliyinə bəraət qazandıracağını bildirib.
 
Bəzi səhnələrdə külək yaratmaq üçün Boeing 707-nin reaktiv mühərrikindən, tornado səsi üçün isə dəvə nəriltisinin yavaşladılmış yazısından istifadə olunub. Vakita şəhərində aktyorların hazırlaşdığı bina hazırda film muzeyinə çevrilib. Vegetarian olan rejissor Yan de Bont isə hamının steyk yediyi səhnəni çəkməyə nifrət etdiyini etiraf edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər