Bizi sosial şəbəkələrdən izləyin:
NASA-nın Günəşi araşdırmaq məqsədilə orbitə göndərdiyi PUNCH (Polarimeter to Unify the Corona and Heliosphere) missiyası zamanı kosmik "göy qurşağı" müşahidə olunub.
Missiyanın ilk görüntüləri artıq təqdim olunub.
"WFI-2" cihazı ilə çəkilmiş fotoda zəif parıltı qırmızıdan yaşıl və sonra mavi rəngə keçir. Bu, əsl göy qurşağı deyil, işığın fərqli dalğa uzunluqlarını əks etdirən texniki görüntüdür.
NFI cihazı Günəşin parlaq işığını bloklayaraq, Ayın onun qarşısından keçdiyi anı da qeydə alıb.