Vahid Qazi ilə Parisə virtual səyahət - FOTOLAR
Oxunub: 7443
21 Apr 2016 | 11:01
Vahid Qazi ilə Parisə virtual səyahət  - FOTOLAR







Dünyanın elə bir vaxtında yaşamaq qismət payımıza düşüb ki, müharibə, münqaişə ovqatı təkcə nankor qonşularımızla savaşda deyil,  ictimai-siyasi, sosial-humanitar günümüzdə də gərginliklərdən xilas olmaq üçün fürsət axtarır insan oğlu. Odur ki, virtual olaraq dünya səyahətinə çıxmaq və oxucularımızı da özümüzlə aparmaq qərarına gəlmişik. Özümüz gedə bilməsək də heç olmasa dünyanın müxtəlif tarixi məkanlarına baş çəkən soydaşlarımızın bələdçiliyi ilə oxucularımızı maraq dünyasına qonaq dəvət edirik...

İlk olaraq Avropada yaşayan tanınmış publisist Vahid Qazinin "Paris günləri"ni təqdim edirik...

(Fotoreportaj)

Tarix var, ölüdü, yalnızca olmuş hadisələrin toplusudu. Tarix də var, canlıdı, bu gün də yaşayır. Sahibinə tək mənəvi fəxarət hissi vermir, maddi qazanc da gətirir. Bax elə, Fransa tarixi kimi. Hər il Fransaya 75 milyondan çox adam səfər edir. Ölkənin turizmdən gəliri 33 milyard avroya yaxındı.

Paris uzun illərdi, dünyanın ən çox turist cəlb eləyən şəhəri, Eyfel qülləsi isə  diqqətçəkən məkanıdı. Şəhərdə YUNESKO-nun mühafizəsi altında olan üç mindən çox tarixi abidə var. Qısacası, hər tikilisi foroaparatın kadrına düşəsidi Parisin. Nə qədər şəkil çəkdiyimi bilmədim, bircə, ayırseç edəndə sildiyimi təxmin elədim, 500-dən çox kadr idi.

Parisə kimi inqilablar, kimi də sevgilər şəhəri deyir. XIX əsrin Parisini düşünəndə təsəvvürə barrikadalar gəldiyi kimi XX əsr Parisi göz önündə şanson sədaları altında sevgi dramları canlandırır. Bura gələn ya aşiq olub qalar, ya da inqilabçılıq eşqinə düşər. Bilmirəm, dərviş Parisi “partlatmasaydı”, Mirzə Fətəli Axundovun Şahbazı Qarabağdan Parisə gəlib hansından olacaqdı: aşiq, yoxsa inqilabçı?! Amma onu bilirəm ki, tanıdığım başqa iki qarabağlıdan biri aşiq olub burda qaldığı halda (rejissor dostum Şahin Sinariya sayaq), o biri vətənə dönüb şüurlarda inqilab eləməyə getmişdi (Əhməd Ağağolu kimi).

Əhməd Ağaoğlunun Sarbonnası

Parisdə gəzəcəyimiz yerləri şəhərin istiqamətləri üzrə qruplaşdırdığımdan hər gün bir tərəfə yön alırdıq. Birinci günün planında ilk dəyiləsi yer Sarbonna universitetiydi. Uşaqlar xəritəylə kəsə yolu asan tapırdı ”“ “Jardin de Luxembourg” bağından keçib sağa burulasıydıq. Onlara bura niyə gəldiyimizi universitetin qarşısındakı “Place de la Sorbonne” parkında əyləşəndə izah eləməyə başladım.sorbonna

Sarbonna universiteti

Paris də, Sarbonna universiteti də qaldı bir tərəfdə, Əhməd Ağaoğlu adlı bir şuşalının 120 il əvvəl 20 yaşındaykən Qarabağdan gəlib burda oxumağından, bu divarlar arasında aldığı təhsillə zəmanəsinin ən ünlü zəka sahiblərindən birinə çevrilməyindən, 1905-ci ildə başlayan erməni terroruna qarşı “Difai” adlı gizli silahlı təşkilat yaratmağından, 1919-cu ildə Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətini təmsil edən heyətdə yer almağından, bolşevik işğalından sonra Türkiyəyə köçüb Atatürkün siyasi müşaviri olmağından xeyli söhbət elədim.

Durub gedəndə Sabir Rüstəmxanlının “Difai fədailəri” kitabından sitat da gətirdim: “Difai” təşkilatının qorxusundan 1906-1909-cu illərdə Qafqazda bir dənə də erməni terroru olmayıb”. Uşaqların maraqla dinləməyindən anladım ki, ilk ziyarət yeri kimi Sarbonna universitetini seçməkdə və Əhməd Ağaoğlundan söz salmaqda düz iş tutmuşam.

Notrdamda Esmeralda sevdası

Notrdam kilsəsi şəhərin ən çox turist cəlb edən üç-dörd yerindən biridi. Notrdam, bizim dillə desək, Məryəm Ana kilsəsi Sena çayındakı Site adasında yerləşir. 1163-cü ildə özülü qoyulan kilsə iki yüz ilə tikilib. Səfər öncəsi uşaqlar “Notrdam qozbeli” filminə baxmışdılar deyə, elə hey filmi müzakirə edirdilər. Kvazimododan, Esmeraldadan danışırdılar. Giriş üçün uzun növbəyə durduğumuz vaxt girəvələyib onlara baxdıqları filmlə Hüqonun “Paris Notrdam kilsəsi” romanındakı fərqli yerlərdən danışdım.notrdamdaHüqonun bu romanda məqsədi fransızlara Parisin arxitekturasını sevdirmək olub. O, məqsədinə çatıb, Paris tək fransızların yox, onun əsərlərini oxuyan hər kəsin sevimli şəhərinə çevrilib. Bayırdan əzəmətli görünən kilsənin içərisi füsunkar gözəlliklə ilahi hüzurun qovuşduğu andı, elə bilirsən. Ayağının ucunda gedirsən, sanki kilsənin daş döşəməsi deyil, Kvazimodonun titrək ürəyidi yeridiyin yer. Burda dərk edirsən ki, dünyanın ən böyük dərdi qozbel Kvazimodo kimi doğulmaq yox, Esmeralda kimi gözəli sevməkdi.notrdamda”¦Kvazimodo Esmeraldanı sevməyində olsun, bizim turistlər üçün bir məlumatı yazım. Paris bahalı şəhərdi. Bizim ağız dadımıza və cibimizə uyğun türk yeməkləri arzulasanız elə bura gəlin, adanın sağ körpüsünü keçən kimi Petit Pont küçəsində “İstanbul” adlı sərfəli türk restoranı var. Braziliya yığmasının Almaniyaya faciəvi məğlubiyyət oyununa elə burda baxdım.

Bayırda qısa yağışdan sonra çıxan günəş altında Notrdam kilsəsi hüznlü görünürdü, elə bil braziliyalı katoliklərin kədərinə yas tuturdu.

İnsanlara ürək açan Hüqonun bağlı qapısı

Viktor Hüqonun ev muzeyinə getmək üçün, yalan olmasın, bəlkə 10 kilometr piyada yol gəzdik. Elə də uzaqda yerləşmir, sadəcə, yolboyu Sarbonna universiteti, Notrdam kilsəsi kimi xeyli yerə baş çəkdik, bağlar, parklar dolaşdıq. Uşaqlar əldən düşməsin deyə söhbətə tutsam da, özüm ayaqlarımı güclə sürüyürdüm, elə bil Jan Valjan kimi özümlə sürgün əzabı daşıyırdım. Amma qarşıma yepiskop Miriel çıxmadı ”“ muzeyin qapısı bağlı idi. Sən demə, bazar ertələri muzey işləmirmiş.huqonun“Place des Vosges” bağında dünya ədəbiyyat patriarxının bir vaxtlar əyləşdiyi skamyada oturub onun pəncərəsindən görünə biləcək yanakı evlərin pəncərələrinə baxırdım. Bu pəncərələrin birindən yazıçının yarım əsrlik bir sevgilisi baxarmış.

Deyirlər, Hüqo ailəli olmasına rəğmən sevdalısı Cülyetta Drueni də yaxında saxlayırmış. Harda yaşasa qonşuluqda ona ev tuturmuş. Bu o qadındı ki, Hüqoya görə aktrisa karyerasına son qoymuş, onu sürgündə belə tək buraxmamışdı.

Parkdan çıxanda özümə söz verdim ki, bir də gəlmək qismətim olarsa, ilk gedəcəyim iki yerdən biri Hüqonun bu ev muzeyi, o birisə Əlimərdan bəy Topçubaşovun Müqəddəs Kloud qəbiristanlığındakı qəbri olacaq. Sağlıq olsun!

Luvr ”“ muzeylər kralı, krallar evi

Səhəri gün Luvr muzeyinin girişindəki şüşə piramidanı uzaqdan görən kimi Den Braunun “Da Vinçi şifrəsi” romanını xatırladım. Elə bildim, onun qəhrəmanı Robert Lenqdon kimi bu piramidadan keçib müəmmalar dolu bir dünyaya girəcəm.luvrRəssamlıqdan, heykəltaraşlıqdan mənim kimi üzdən baş çıxaranlar Luvr muzeyini bir günə, lap istəsə yarım günə də dolanıb bitirər. Amma əsl incəsənət xiridarına onun hər bölməsini gəzməyə ən azından bir gün lazımdı.luvrdaAçığını deyim, məni burda gördüklərim nə qədər heyrətləndirdisə, bunca dünya sənət incisinin dəyərini bilib əsrlərlə qoruyan, nəsildən-nəslə ötürən xalqın fədakarlığı bir o qədər vəcdə gətirdi.luvrFransız krallarının qış sarayı olmuş Luvrun divar və tavanlarına çəkilmiş rəsmlər, salonlarını bəzəyən heykəllər bir vaxtlar burada yaşamış kral ailəsinin zövqündən xəbər verir. Bu qədər gözəllik sənəti yaratmış mədəniyyətə heyran qalırsan.

Lizanın təbəssümü

“Mona Liza” adlı bir rəsmin mövcudluğundan 7-ci sinifdə oxuyanda xəbər tutmuşdum. Asif müəllim onun dəyərindən danışanda deyirdi ki, dünya ekspertləri yığılıb bu əsərə qiymət qoya bilməyiblər.monoSovet vaxtı Leninqraddakı Ermitaj muzeyində sərgilənməyə gətiriləndə hava sərhədini keçərkən dörd sovet qırıcı təyyarəsi onu müşayət edib. Heç dövlət başçılarını belə qorumurlar. O vaxt yuxuma da girməzdi ki, bir gün dörd qırıcının qoruduğu o möhtəşəm “Mona Liza”nı üzbəsurət görəcəm.monaLuvrun simvolunu ayrıca guşədə, güllə keçirməz şüşə arxasında sərgiləyirlər. Muzeyin ən çox seyrçi yığan rəsmidir, qabağında basabas olur. Onu böyük tablo bilirdim, balacaymış, 77 x 53 santimetr. Özü də 4-5 metr aralıdan sədd qoyublar deyə, yaxınlaşa bilmirsən. Odur ki, dünya gözəli Cakondanın nə təbəssümünü duya, nə də “Da Vinçi şifrəsi”ni aça bildim.

Rənglər allahı Mone

İstəyirəm nə vaxtsa Parisə yolu düşəsi dostlar mənim görmək istədiyim, amma çatdırıb dəyə bilmədiyim yerlərə də getsinlər. Məsələn, Orse muzeyi kimi. Çox sevdiyim fransız rəssamı Klod Monenin rəsmləri əsasən bu muzeydə sərgilənir. Təzəcə bitirdiyim “Çöl Qala” adlı povestin qəhrəmanı da Moneni sevir. Onun haqqında belə deyir: “Sanki Allah onu Yer üzünə ona görə göndərib ki, vaxt eləyib yarada bilmədiyi rəngləri yaratsın”.autumn-monet-1873Fransız xalqı adı Fransayla qoşa çəkiləsi yüzlərlə, minlərlər şəxsiyyət yetirib. Moneni tərəddüd etmədən ilk onluğa salardım. Bu sətirləri yazanda öz Monemizi ”“ Toğrul Nərimanbəyovu xatırladım. Ömrünün son çağlarında Şuşa deyib, xiffət çəkən rəssamın qəbri də Parisdə ziyarət olunacaq məkanlardan biridi.

Eyfeldə Luvr qiymətinə şampan əyləncəsi

Səfərin üçüncü günü uşaqların ən çox can atdığı Eyfelə gəldik. Yayda Eyfel qülləsinə çıxmaq üçün saatlarla növbə gözləməlisən (elə bu növbələrə görə istədiyimiz xeyli yerə gedə bilmədik). Uşaqlar inad eləməsəydilər, bəlkə, saatlarca gözləməyə hövsələm çatmazdı. Həm də özündə canlı tarix yaşadan Paris muzeyləri, kilsələri, park və xiyabanlarından sonra Eyfel adama attraksion kimi gəlir. Bilmirəm, o qədər möhtəşəm tarixi yerlərin əvəzinə buranı niyə şəhərin simvolu sayırlar. Yəqin, hündürlüyü, hər yandan göründüyü üçün.

Hər il 7 milyon adam Eyfel qülləsini görməyə gəlir. Adamlar onunla müxtəlif pozalarda şəkil çəkdirirlər, elə bil yanlarındakı “dəmir yığnağı” yox, Sofi Lorendi.eyfelQüllənin lap yuxarı qatınacan qalxdıq, açığı, əvvəl-əvvəl hündürlükdən hürkdüm, lap Hiçkokun “Başgicəllənmə” filmindəki kimi. Sonra alışdım. Uzun saatların yorğunluğunu Eyfelin zirvəsinə qaldırmaq kimi,  elə o zirvədəcə Luvr muzeyinin bilet qiymətinə bir qədəh şampan almaq da adama səfehlik kimi görünə bilər, amma elə deyil, sadəcə, xoş əyləncədi.eyfelParisin “yeddinci qatı”nda ”“ 324 metrlik hündürlükdə 12 avroya fransız şampanı”¦  Heç Hitlerə də nəsib olmayıb bu əyləncə. Fransada belə deyim var: “Hitler Parisi tutsa da, Eyfeli fəth edə bilmədi”.  Şəhərin işğalından sonra bura səfər edən Hitler qülləyə qalxmaq istəyib. Qalxa bilməyib! Lift xarab imiş. Bəlkə də hansısa fransız vətənpərvəri onu qəsdən sıradan çıxarıbmış.

Senaya açılan “andeqraud” qapılar

Düz deyirmişlər, Parisin gözəllikdə tayı yoxdu. Düzdü, korpüləri qəşənglikdə Praqa körpülərinə çatmaz, amma tarixə şahidlik edən Paris körpülərinin altında “andeqraund” bir həyat var: pivələyən dostların yığnağı, öpüşən sevgililər, çaxır süfrəsi açan tələbələr, qaçışan idmansevərlər, mahnı çalan musiqiçilər və sair.nergizinBir körpünün altında rus, fransız və amerikan rəssamlar 30 avroya istəyənin portretini çəkir. Qabağa Nərgiz durdu, onun portreti çəkilincə rus rəssamları söhbətə tutdum. Məşhur sovet rejissorları Alov və Naumovun “Qaçış” filmində general Çarnotanın elə məhz bu körpünün altında dediyi tükürpədən monoloqunu xatırlatdım. Gənc rusun bu filmdən xəbəri yox idi. Saqqallı qoca rəssam isə sözümü göydə qapdı: “ Я опять богат, но почему мне грустно? Мне никогда не было так грустно, даже когда мне расстреляли”. Vətən həsrəti haqda eşitdiyim ən təsirli sözlərdən biridi.begYəqin Çarnotanın monoloqunu bu rus rəssamlara görə xatırladım. Əslində isə bütün günü fikrimdə məşhur Bakı milyonçuları Şəmsi Əsədullayevlə Musa Nağıyevin nəvəsi Ümmülbanu idi.

Bir vaxtlar vətəndən dərbədər düşən milyonlarla insan içində o da olub. 15 yaşlı qızcığaz Parisin bu gözəl küçələrində yaşamaq, ayaqda qalmaq, həyatın dibinə yuvarlanmamaq üçün məşəqqətli günlər yaşayıb, çabalar verib. Onun “Qafqaz günləri”, “Paris günləri” əsərlərini oxumayanlara tapıb oxumağı məsləhət görürəm. Körpülərin altından yol alan qayıqların birinə elə Baninə köklənmiş ovqatla mindim. Körpüləri, məhlə və küçələri keçdikcə elə bilirdim, gözüm indicə o 15 yaşlı bakılı Ümmülbanuya sataşacaq.20140708_202412Çay qırağı kilsə və evlərə tarixi vərəqləyirmiş kimi baxıb keçirsən. Qayıq da zaman kimidi, dayanmır. Sena boyu o baş-bu baş üzən qayıqlar elə bil fransız film və romanlarının qəhrəmanlarıdılar, Paris xiyabanlarında seyrəngaha çıxıblar, gəzişirlər.

Ağappaq balaca qayıq gözəllikdə sanki məşhur “Emmanuel” erotik filminin qəhrəmanıdı, ətrafa naz satır.

Uşaqlıq illərimin cazibədar müğənnisi Mirey Matyönün qayıqda səslənən füsünkar “Paris valsı” mahnısı ovqatıma bir başqa rəng qatır, qəribə duyğular yaşadır.

Eh Paris, Paris, sən nə qədər adamı sehrinə salıb sevdalı duyğular yaşatmısan!?

Napoleon türbəsi

Növbəti günə Fransa hərb tarixinə şahidlik edən “Des İnvalides”, bizim dildə “Əlillər Evi”nə baxmaqla başladıq.

Burada ordunun müxtəlif əsrləri əhatə edən döyüş ləvazimatı, hərbi geyimlər və silah-sursat sərgilənir. Kompleksin turistləri cəlb edən cəhəti Napoleonun burada basdırılmasıdı. Müqəddəs Yelena adasında dəfn olunan imperatorun qalıqlarını sonradan gətirib burda basdırıblar.

Mərmər döşəmə və divarlar, rəsmlər çəkilmiş hündür tavan əzəmətli memarlıq abidəsinə incə gözəllik qatır.napoleonunNapoleonun qəbrinə baxa-baxa Səmərqənddə Əmir Teymurun, İstanbulda Sultan Süleymanın türbələrini xatırlayıram. Tarixin özünü yaradan nəhəng şəxslərin aurası özlərindən sonra da qalır.

Böyük fatehlərin əzəmətli məqbərəsində qəribə hisslər keçirir, suallar düşünüb cavablar axtarırsan: insanlar bunca qanlar tökmüş adamları niyə sevir, adını yaşadır, qəbri üstə türbə, mavzoley tikir, ziyarət edirlər? Minlərlə adamın ölümünə bais olan bu insanları yaratmaqla Allah insanlara hansı mesajları ötürmək istəyir?

Onu da deyim ki, gördüyüm bu üç məqbərənin ən sadəsi Əmir Teymurundu, orada özünü elə Teymurun zamanında duyursan. Onun türbəsində yaşadığım ətürpədici qorxu duyğusunu Napoleonun məqbərəsində hiss eləmədim. Bəlkə Qarabağacan gələn Teymurdan genetik qorxu qalıb canımda, nə biləsən!

Zəfər Tağı

Napoleon Avstriya üzərində qələbə münasibətiylə Zəfər tağı tikmək əmri verəndə simvolik anlam daşısın deyə əvvəl onu daşı daş üstündə qalmayan Bastiliya qalasının yerində ucaltmaq istəyiblər, sonra şəhərin dörd bir tərəfinə yol gedən mərkəzi bir yer seçiblər.

On iki küçənin yol adlığı Şarl de Qoll meydanında yerləşən əzəmətli Zəfər tağına axşam çağı çıxdıq. Günəş batabatdaydı. Qürub edən günəşin şüaları Parisə bir başqa gözəllik verirdi.zeferTikintisi təxminən 30 il sonra bərpa edilən Zəfər tağı dahi sərkərdənin qələbə salnaməsidi. Abidə haqqında vikipediyadan ətraflı məlumat almaq olar deyə geniş yazmağa lüzum görmürəm. Sadəcə bir şeyi qeyd edim ki, Avropanın bir çox ölkəsində türklərlə döyüşü xatırladan abidəyə rast gəlmişəm.

Bir vaxt Varşavanın Lazienki parkında türkləri Vyana darvazası ağzında durduran Polşa kralı III Yan Sobolskinin at belində heykəli diqqətimi çəkmişdi. Atın ayaqları altında kraldan imdad diləyən iki nəfərin biri Atillanın hun döyüşçüsü, o birisə Osmanlı ordusunun əsgəriydi. O heykəl haqda hələ 10 il əvvəl “Ağ Rusiyanın qara taleyi” essesində yazmışdım. İndi burada da türklərin Napoleona məğlub olduğu Əbu-Kir döyüşünü əks etdirən barelyef vardı.napoleonunTarix təsadüflərlə doludu. 1785-ci ildə dünya səyahətinə çıxan fransız səyyahı Laperuz o vaxt Paris Hərbi Məktəbində oxuyan Napoleonu heyətə daxil eləmir. Ərizəsinə rədd cavabı verən səyyah onun yerinə astronomiyadan başı çıxan birini götürür. Tale elə gətirir ki, tarixə “Laperuz ekspedisiyası” adı ilə düşən bu heyət itkin düşür və geri qayıtmır. Napoleon da onlarla gedib itkin düşsəydi, Avropanın sonrakı tarixi necə olardı? Yalnız güman eləmək olar.

Yelisey çölləri

Zəfər tağından düşüb məşhur Şanzelize bulvarıyla, bizim dillə desək, Yelisey çölləriylə gəzəndə əvvəl adam özünü əsl kübarlar sayaq ədalı görkəmdə hiss edir. Amma fransız sadəliyi tezliklə adama hakim kəsilir.

Küçə boyu uşaqlara elə bundan bəhs edirəm. Koko Şanelin moda dünyasında inqilabından söz açıram. Dəbdəbəli, amma narahat qadın geyimləri yerinə müasir dövrün sadə və rahat dəbini gətirdiyindən danışıram.parisBura dünyanın ən bahalı prospektlərindəndi. Dünyaca məşhur “Lido” kabaresi (Cabaret Le Lido) önündən keçəndə Bakının “Lido” restoranı yada düşür. Bir dəfə olmuşdum o restoranda. Amma buranın “Lido”sunu Nadir Qafarzadə, Xumar Qədimova ilə təsəvvür eləmək olmur.kioskÜmumiyyətlə, dünyanın hər şəhəri Parisdən çox şey “oğur”layıb. Eyfel qülləsi, Zafər tağı kimi məşhur abidələri demirəm, arxitektura, moda bənzətmələrinə hər yanda rast gələrsən. Məsələn, Bakının yeni qəzet köşkləri formaca Paris köşklərinin eynidir. Təəssüf ki, yalnız formaca”¦

Bizimkindən fərqli olaraq burada köşk öz təyinatı üzrə fəaliyyət göstərir, yəni qəzet satır. Kaş, Bakı Parisi təkcə zahirən imitasiya eləməyəydi, məzmunca da ona oxşayaydı, bütün azadlıqları ilə birgə.YeliseyAzadlıq dedim, Parisin bu milyonçular küçəsində dilənməyin orijinal formasını tapan bir uşaqdan da danışım. Avropalılar bizim kimi hər dilənçiyə pul verən deyillər. Dilənçi gərək dilənməyin də kreativ yollarını tapa. Bax bu oğlan kimi. O, pul qabını iki mert uzunluğunda bir qarmağa keçirərək səkiyə uzadıb, sanki balıq tutacaqmış. Ötən hər üç adamın biri o qaba qəpik atmağı xoş əyləncə sayır.

Versal

Fransız krallarının qış sarayı Versal Parisdən 30 kilometr aralıdı. Səfərimizin son günü bura gəldik. Giriş üçün beş uzun cərgədə növbə vardı. Dünyanın dörd bir tərəfindən gəlmiş turistlərə baxa-baxa, uşaqlara 1919-1920-ci illərdə Versalda Azərbaycan nümayəndə heyətinin ölkənin müstəqilliyini tanıtmaq üçün etdiyi ağlasığmaz fədakarlıqdan danışa-danışa vaxtın necə keçdiyindən xəbərim olmadı.versalSarayın zal və otaqları, dəhliz və pilləkənləri Luvr sarayı kimi gözəl olsa da, onun təkrarı deyil. Mənisə divarlardakı şəkillər yox, əsrlər boyu bu divarlar arasında baş vermiş hadisələr daha çox düşündürürdü.

Bu divarlar ABŞ kimi Azərbaycanın da istiqlalının tanınmasına, sonralar bütün dünya azadlıqsevərlərinin mayakına çevriləcək Böyük Fransa İnqilabının baş sənədi ”“ İnsan və Vətəndaş Hüquqları Bəyannaməsinin qollanmasına şahidlik edib.

1871-ci ildə fransızları məğlub edən almanlar öz imperiyalarını burda elan etdiklər kimi, 1919-cu ildə alçaldıcı məğlubiyyət müqaviləsini də elə burda imzalamağa məcbur olublarversalSarayın park və bağlarının isə dünyada bənzəri yoxdu. Çox imperatorlar belə saray və bağa sahib olmaq istəsələr də təkrarını yarada bilməyiblər.

900 hektarlıq ərazidə ağac, kol və güllərdən, hovuz və fontanlardan, heykəl və fiqurlardan möcüzələr yaradıblar. Uzun-uzadı yazmıram, internetdən Versal haqda ətraflı məlumat oxuyub şəkillərinə baxmaq yetər ki, insanın yaratdığı gözəlliyə heyran qalasan.

***

Paris beş günə gəzilib qurtarası şəhər deyil. Həftələr, aylar gərəkdi. Elə bu beş gündə gəzib gördüklərim də bir məqaləlik deyil, silsilə yazılar istər.korpudeBu yazını yazmaqda da məqsədim oxucuya Parisi tanıtmaq yox, sadəcə, bunu deməkdi: “Mən də Parisə aşiq oldum!”

Vahid Qazi

Oxşar xəbərlər
10:19, Bu gün
Azərbaycan neftinin qiyməti 90 dolları keçib
10:12, Bu gün
Bakıda 19 yaşlı sürücü qəzada xəsarət alıb
10:10, Bu gün
Xankəndidə silah və sursatlar aşkarlanıb
10:01, Bu gün
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
10:00, Bu gün
Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər və s... - VİDEO
09:58, Bu gün
SON DƏQİQƏ! Ordumuzun bölmələri ehtiyat və təyinat rayonlarına çıxarıldı
09:43, Bu gün
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
09:42, Bu gün
“Azərbaycan Rusiyanın qonşuluğunda NATO üzvü Türkiyə ilə faktiki hərbi müttəfiq olsa da...”
09:38, Bu gün
Naxçıvanda yeni hökumət - tanınmış naxçıvanlılar nə deyir?
09:36, Bu gün
Həftəsonu Avropada baş tutacaq ən maraqlı qarşılaşmalar - AFİŞA
09:08, Bu gün
Rüsumu artırmaqla boşanmaların sayını azaltmaq mümkündürmü? - rəy
09:05, Bu gün
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək İNANILMAZ SƏRVƏT...
08:59, Bu gün
Alla Puqaçovanın qəsri xarici agentlər üçün həbsxana olacaq? - FOTO
08:56, Bu gün
İsmayıllı meşələrində bitən pəl bitkisi: Həm faydalıdır, həm də ucuz - VİDEO
08:47, Bu gün
“Qaraca qız” filmində Tutu rolunu iki ayrı uşaq oynayıb- “Ən çox qonorarı mən aldım”- FOTO+ÖZƏL
08:43, Bu gün
Çernobıl qəzasının ildönümündə məşhur oyunun yeni treyleri yayımlandı - VİDEO
08:35, Bu gün
Norveç “Leopard”lara xidmət üçün Ukraynaya 13 milyon dollar ödəyib
08:33, Bu gün
Kanada PUA istehsalı üçün Ukraynaya 2,1 milyon dollar ayıracaq
08:23, Bu gün
Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb
08:21, Bu gün
Zərdabda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb
08:20, Bu gün
ABŞ noyabrdan indiyədək Yəməndə 3 “MQ-9 Reaper” pilotsuz təyyarəsini itirib
08:17, Bu gün
“Liverpul” “Feyenord”a 13-15 milyon avro təzminat ödəyəcək
08:15, Bu gün
Blinken ölkələr arasında artan gərginlik fonunda İsrailə səfər edəcək
08:04, Bu gün
ABŞ-də benzin və propan daşıyan qatar relsdən çıxaraq yanıb
08:00, Bu gün
Üzünüzə küncüt çəkin və effektini görün
07:58, Bu gün
Sosial şəbəkələrdə səs yazısı yayılan narkotacir ələ keçdi - VİDEO
07:54, Bu gün
10 yaş gəncləşdirən QİDALAR
07:53, Bu gün
Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? - VİDEO
07:51, Bu gün
Avropa Komissiyasının rəhbəri COP29-a dəvət edilib
07:47, Bu gün
Şuşaya gəlib separatçılara dəstək verən Rusiya milyarderinin ailəsi dağıldı...
07:44, Bu gün
“Liverpul” “Feyenord”a 13-15 milyon avro təzminat ödəyəcək
07:22, Bu gün
Bakıda avtomobilin vurduğu 23 yaşlı piyada ağır xəsarət alıb
07:19, Bu gün
Real Madrid” Mbappeyə Olimpiadada iştirak etməyi qadağan etdi
07:16, Bu gün
Eynəyi cızıqlardan xilas edən təbii üsul - FOTO
07:08, Bu gün
Qarabağdan çıxarılan “sülhməramlı”lar döyüşmək üçün Avdeyevkaya aparılır?..
07:01, Bu gün
DƏHŞƏT: Bir ailə toyda yanaraq öldü
06:01, Bu gün
Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu?-VİDEO
00:51, Bu gün
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR + YENİLƏNİB/VİDEO
00:47, Bu gün
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
00:46, Bu gün
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
00:07, Bu gün
Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib
00:06, Bu gün
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
26 Apr 2024 | 23:56
Kişi, yoxsa qadın həkimlər daha yaxşıdır? - Tədqiqat
26 Apr 2024 | 23:38
Bayden həyat yoldaşı və qızının ölümündən sonra intihar barədə düşündüyünü deyib
26 Apr 2024 | 23:04
Avtosfer.az saytının 10 yaşı tamam oldu
26 Apr 2024 | 22:55
Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir - VİDEO
26 Apr 2024 | 22:48
Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO
26 Apr 2024 | 22:40
Qəribə yerişi ilə məşhurlaşan vəkil: "Əxlaqsız təkliflər alıram"(VİDEO)
26 Apr 2024 | 22:38
May ayının əvvəlində Qəzza sahillərində süni ada peyda olacaq
26 Apr 2024 | 22:32
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - RƏSMİ AÇIQLAMA
26 Apr 2024 | 22:29
Ermənistanda aksiyalar davam edir - VİDEO
26 Apr 2024 | 21:47
Bakcell ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
26 Apr 2024 | 21:44
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
26 Apr 2024 | 21:42
Bakı Marafonuna 15 mindən çox iştirakçı qoşulub
26 Apr 2024 | 21:36
Türkiyənin BMT-dəki yeni daimi nümayəndəsi vəzifəsinin icrasına başlayıb
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 21:20
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olundu
26 Apr 2024 | 21:15
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 21:02
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
26 Apr 2024 | 20:59
Yaxşı qarpız seçməyin ƏN SADƏ üsulu
26 Apr 2024 | 20:57
ABŞ-da İsrail əleyhinə etirazlar təhlükəli miqyas alıb
26 Apr 2024 | 20:57
KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb”
26 Apr 2024 | 20:54
KİV: Qəzza ilə bağlı Misir-İsrail görüşündə ciddi irəliləyiş əldə olunub
26 Apr 2024 | 20:54
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib
26 Apr 2024 | 20:43
Marketdəki bu qidalardan UZAQ DURUN – Tullantıdan hazırlanır
26 Apr 2024 | 20:41
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
26 Apr 2024 | 20:38
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 20:37
Bakıda bacısı həbsdəki qardaşına narkotik gətirdi, araşdırma başlanıldı
26 Apr 2024 | 20:24
Azərbaycan cüdoçusu Avropa çempionu olub
26 Apr 2024 | 20:22
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 20:20
Xanımlar DİQQƏT: Bu meyvənin tumu botoks effekti verir
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 20:12
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
26 Apr 2024 | 20:07
Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü
26 Apr 2024 | 20:05
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
26 Apr 2024 | 20:00
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 19:51
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
26 Apr 2024 | 19:50
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 19:43
Soydaşlarımız Berlində İlham Əliyevi “Qarabağ Azərbaycandır!” şüarı ilə qarşılayıblar - VİDEO
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 19:36
Azərbaycan və Qazaxıstan peşəkar hərbi kadrların yetişdirilməsini müzakirə etdi - FOTO
26 Apr 2024 | 19:30
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
26 Apr 2024 | 19:29
Xalq artisti konsertdə izdiham yaşatdı - VİDEO
26 Apr 2024 | 19:23
Azərbaycanda qeyri-adi yol nişanı - Rəsmi qurumlardan CAVAB: “Vaxtım yoxdur, əlimdə işim var” + FOTO
26 Apr 2024 | 19:12
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
26 Apr 2024 | 19:04
İranda qondarma “erməni soyqırımı” tədbirləri nədən xəbər verir? - VİDEO
26 Apr 2024 | 19:00
Moskvadan İrəvana məktub: “Ayıb olsun!”
26 Apr 2024 | 18:59
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:43
14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı
26 Apr 2024 | 18:36
Talıb Talenin toyu olacaq - VİDEO
26 Apr 2024 | 18:33
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 18:29
“Cümü”yə 18 il həbs verildi
26 Apr 2024 | 18:23
Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub - FOTO
26 Apr 2024 | 18:18
Almaniya dövlət başçısı Prezident İlham Əliyevi qarşılayıb
26 Apr 2024 | 18:13
Sahil Babayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib - FOTO
26 Apr 2024 | 18:05
Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”
26 Apr 2024 | 18:00
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTOLAR
GÜNLÜK
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 11:28
Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 10:41
Bu qidalar ömrü qısaldır - DİQQƏTLİ OLUN
26 Apr 2024 | 10:36
Polisin “saxla” əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
26 Apr 2024 | 10:49
Deputat: Azərbaycanda əlilliyin təyin edilməsi ilə bağlı boşluq var
26 Apr 2024 | 10:33
NİİM əhaliyə müraciət etdi - VİDEO
26 Apr 2024 | 10:52
Ukraynada sabiq nazir həbs edilib
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
AYLIQ
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 11:28
Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 10:41
Bu qidalar ömrü qısaldır - DİQQƏTLİ OLUN
26 Apr 2024 | 10:36
Polisin “saxla” əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
26 Apr 2024 | 10:49
Deputat: Azərbaycanda əlilliyin təyin edilməsi ilə bağlı boşluq var
26 Apr 2024 | 10:33
NİİM əhaliyə müraciət etdi - VİDEO
26 Apr 2024 | 10:52
Ukraynada sabiq nazir həbs edilib